Natiq Cəfərli: Venesuelada gedən proseslər neftin qiyməti ilə bağlıdır

© Photo : Facebook / natig.jafarliЭксперт-экономист Натик Джафарли
Эксперт-экономист Натик Джафарли - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert: Moduranın hakimiyyətdən getməsi neft bazarına müsbət təsir etməyəcək

Natiq Cəfərli: Venesuelada inflyasiya 700%-ə çatıb
İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, Venesuelada gedən proseslər neftin qiymətinin ölkə iqtisadiyyatına ağır zərbə vurmasının nəticəsidir: “Modura son dövrlərdə neftin qiymətinin qaldırılması ilə bağlı danışıqlarda çox aktiv rol oynayan bir şəxs idi, tez-tez səfərlər edirdi. Azərbaycana gəlmə səbəblərindən də biri Azərbaycanın hasilatın dondurulması prosesinə qoşulması məsələsi idi. Bundan öncə Rusiya ilə danışmışdı, ərəb ölkələrinə, hətta İrana belə səfər etmişdi”.

“İndi Maduranın vəzifəsini itirməsi qorxusu yaranıb. Bu danışıqlarda Maduranın aktivliyinin aşağı enməsinə səbəb olacaq. Əhalinin narazıçılığının əsas mənbəsi Venesuelada yaşanan iqtisadi və sosial böhrandır. Son iki ildə inflyasiya bu ölkədə 700%-ə çatıb, qiymətlər çox sürətlə qalxır. Ölkədə ərzaq problemi yaşanır, insanlar isə bazarlıq etmək üçün qonşu ölkələrə gedirlər”, — deyə o bildirib.

Xəbər lenti
0