Deputat: Taxılla əlaqədar problemimiz var

© Photo : REPORTДепутат Вахид Ахмедов
Депутат Вахид Ахмедов - Sputnik Azərbaycan
Abunə olmaq
Vahid Əhmədov: Hazırda ərzaq təminatı sahəsində ciddi addımlar atılır

Deputat: 100 % olmasa da, 70-80% özümüzü ərzaqla təmin edirik.
Prezident İlham Əliyev Sputnik Beynəlxalq İnformasiya Agentliyinə verdiyi geniş müsahibədə neftdən asılılığın azaldılması, ölkənin özünü ərzaqla təmin etməsi, o cümlədən ixtisar olunan dövlət sərmayələri haqda diqqətçəkən məqamlara toxunub.

Millət vəkili Vahid Əhmədov deyir ki, ölkə iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq üçün proses çoxdan başlayıb.

“Neftdən asılılığı azaltmaq üçün cənab prezident hələ 2004-cü ildə hökumətin qarşısında iki məsələ qoymuşdu. Biri qeyri-neft sektorunun inkişafı, ikincisi də Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması idi. Hazırda ərzaqla təmin edilmə ilə əlaqədar ciddi addımlar atılır”,- deyə o, bildirib. 

Xəbər lenti
0