Millət vəkili: Məkkə, təkcə Səudiyyə Ərəbistanının mülkiyyəti deyil

© Photo : APAFazil Mustafa
Fazil Mustafa - Sputnik Azərbaycan
Abunə olmaq
Fazil Mustafa Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan əlavə pul istəməsini ədalətli saymır

Millət vəkili: Məkkə, təkcə Səudiyyə Ərəbistanının mülkiyyəti deyil
"Səudiyyə Ərəbistanı hökumətinin, Ümrəyə ilk ziyarət istisna olmaqla, gələn müsəlmanlardan 540 dollar əlavə pul istəməsi hər halda ədalətli bir qərar deyil. Amma Səudiyyə Ərəbistanının əlində belə bir motiv ola bilər ki, ziyarət edənlərin sayı həddindən artıq çox olduğuna görə, buna bir məhdudlaşdırıcı addım kimi baxır". Bunu millət vəkili Fazil Mustafa Sputnik-ə açıqlamasında deyib.

"Çünki, heç bir ölkə turistlərin, yaxud ziyarətçilərin sayının azalmasında maraqlı deyil. Hər hansı bir şəkildə ölkəyə, hətta Ümrə ziyarəti üçün pul ödəməyən vətəndaş belə gəlsə, onlar ölkədə pul xərcləyəcək, alış-veriş edəcəklər. Bu da Səudiyyə Ərəbistanının büdcəsinə daxil olan vəsaitdir", — deputat bildirib. O, ehtimal edir ki, belə bir addım atılmasının əsas motivi bilavasitə sıxlıq ilə bağlıdır: "Görünür, daha çox insanın ziyarət etməsini məhdudlaşdırmaq üçün düşünülüb. Ona görə də özlərinin maraqları baxımından dövlətin aldığı qərardır. Amma Məkkə, təkcə Səudiyyə Ərəbistanının mülkiyyətində olan bir yer deyil, dünya müsəlmanlarının ziyarət etdiyi əsas yerdir. Ona görə də bu məsələdə güzəştli yanaşma daha doğru olardı. Məncə, bu, ədalətli qərar sayılmaz".

Xəbər lenti
0