17:53 25 İyun 2018
Canlı yayım
  • RUB0.0269
  • USD1.7000
  • EUR1.9810
İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf
© Foto : GETTY IMAGES

İran Azərbaycan banklarından istifadə edərək qlobal maliyyə bazarına çıxmağa çalışır

RADİO
Qısa URL
6010

Vəliulla Seyf: "İran və Azərbaycan birgə regional bank yaratmaq fikrindədir."

BAKI, 9 avq-Sputnik. "İran və Azərbaycan birgə regional bank yaratmaq fikrindədir."

"RİA-novosti"nin məlumatına görə, bu barədə İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf bəyan edib.

"Bu təklif bank münasibətlərini dərinləşdirmək, eləcə də hesablama əməliyyatlarının sadələşdirilməsi üçün bizim tərəfimizdən edilib. Müqavilənin mövzusu da bu olub. Gələcəkdə bu bankın yaradılması üçün bütün zəruri addımlar atılacaq", — deyə o bildirib. O həmçinin hər iki ölkədə turist və iş adamları üçün maliyyə əməliyyatlarının təhlükəsizliyini təmin etməyin çox vacib olduğunu vurğulayıb.

İqtisadçı-ekspert Natiq Cəfərli "Sputnik"ə açıqlamasında bildirib ki, belə bir bankın yaranmasının heç bir ziyanı yoxdur: "Mənə elə gəlir ki, İran ya Azərbaycan ərazisində bu layihə həyata keçirilsə, o, iki ölkənin iş adamlarının biznes çevrələrinin birgə layihələrinin maliyyələşdirilməsi üçün yaranacaq. Mən düşünmürəm ki, bu bankın çox geniş proqramı olacaq və o, çox geniş sahələri əhatə edəcək".

Ekspertin sözlərinə görə, bu, İran və Azərbaycan ərazilərində həyata keçiriləcək layihələrin maliyyələşməsi və kreditləşməsinə xidmət edəcək bir bank olacaq. Nizamlanma kapitalını biləndən sonra isə bu haqda daha geniş fikirlər bildirmək olar.

İqtisadçı-ekspert Vüqar Bayramlının sözlərinə görə isə, İran və Azərbaycan arasında yaradılacaq bu bank spesifik kommersiya bankları kimi fəaliyyət göstərməyəcək. "Güman olunur ki, o, daha çox İran və Azərbaycan əlaqələrinə tövhə vermək üçün formalaşdırılacaq. İran tərəfi çalışır ki, Azərbaycan banklarının əlaqələrini istifadə etməklə xarici və qlobal maliyyə bazarına çıxsın. Sanksiyalar səbəbindən İran bankları beynəlxalq qlobal maliyyə bazarından kənarda qalıblar. Təbii ki, onlara bu bazarda olan və fəaliyyətini davam etdirən banklarla əməkdaşlıq vacibdir. Bu baxımdan, İran üçün birgə bankın yaradılması daha cəlbedicidir", – deyə o bildirib.

Ekspertlər hesab edirlər ki, yeni yaradılacaq bank Azərbaycanın bank sektorundakı vəziyyətə ciddi təsir etməyəcək.

Əlaqədar

Bankların ağır cinayəti ortaya çıxdı - Mərkəzi Bank da işin içindəymiş
Mərkəzi Bank keçirdiyi depozit hərracında 20 mln. manat cəlb edib
Mərkəzi Bank depozit hərracı keçirəcək
Azərbaycanda 4 bank bağlandı
Mərkəzi Bank hərrac keçirəcək
Teqlər:
İran Mərkəzi Bankının rəhbəri Vəliulla Seyf, qlobal maliyyə bazarı, İqtisadçı-ekspert Natiq Cəfərli, İqtisadçı-ekspert Vüqar Bayramlı, maliyyə, İran, Azərbaycan, bank

Əsas mövzular