11:08 09 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8796
ABŞ-ın Nyu-Meksiko ştatında B61-12 bombasının maketinin test sınaqları. Arxiv şəkli
© Flickr / Sandia Labs

Amerika yeni bomba hazırladı: Rusiya təhlükəni öyrənir

RADİO
Qısa URL
225 0 0

ABŞ-ın B-61-12 modernləşdirilmiş atom bombası yaratması dünyada nüvə balansını poza bilər.

BAKI, 3 avq-Sputnik. ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi (NNSA) B-61-12 modernləşdirilmiş atom bombasının istehsala hazırlıq mərhələsinə keçməsinə göstəriş verib. Proqramın mühəndis mərhələsi üzərində iş dörd il ərzində həyata keçirilib. Kütləvi istehsalın isə 2020-ci ildə başlayacağı planlaşdırılır.

Rusiyada Amerika nüvə silahının yenilənməsinin nüvə bərabərliyinə təsiri və zərurət yarandıqda onu minimuma endirmək üçün tədbirlər araşdırılır.

"B-61-12"in modernləşdirilməsi

ABŞ strateji nüvə qüvvələrinə aid B61 silahı 1960-cı ildən buraxılır. NNSA-da bildiriblər ki, ölkə arsenalında ən köhnə komponent bazası onlardadır və bu yenilənmə onun ömrünü daha 20 il uzatmağa imkan verəcək.

B61-in yeni versiyasının yaradılmasına dörd il vaxt sərf olunub. O, köhnə bombaları əvəz edəcək və strateji bombardmançılardan başqa, taktiki aviasiya təyyarələrində də istifadə olunacaq.

2020-ci ildən ABŞ B61-12 bombasını sursatın köhnə növləri yerləşən Avropa bazalarına yerləşdirməyi planlaşdırır.

Modernləşmənin mahiyyəti

Geosiyasi Problemlər Akademiyasının prezidenti, hərbi elmlər doktoru Konstantin Sivkov hesab edir ki, yeni B61-in çatdırılma prosesi bir il yarıma başlaya bilər, çünki onlar bombanın özünü dəyişmirlər, sadəcə onun müxtəlif bloklarını və korpusunu təkmilləşdirirlər.

Sivkovun sözlərinə görə, yeni modifikasiya inanılmaz dərəcədə dəqiqliyi ilə fərqlənir, onun hədəfdən yayınması bir neçə metr təşkil edir. Bu, ABŞ-a böyük dərinliklərdəki qorunan komanda punktlarına dəqiq zərbələr endirməyə imkan verəcək.

Ekspert hesab edir ki, Rusiyanın yalnız bir əks-tədbiri ola bilər — "İskəndər" raket kompleksi üçün nüvə başlığı yaratmaq, başqa effektiv cavab yoxdur.

Nüvə balansına təsir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Amerika Birləşmiş Ştatlarının B61-12 bombasının istehsalına başlaması ilə bağlı təhlükəni mütəxəssislər qiymətləndirməlidirlər. Rusiya Federasiyasının müdafiə və təhlükəsizlik komitəsinin başçısı Viktor Ozerovun sözlərinə görə isə, rus mütəxəssislər təhlükənin dərəcəsini təhlil edərək onu minimuma endirmək üçün zəruri addımlar atacaqlar.

Ozerov qeyd edib ki, silahın modernləşdirilməsi beynəlxalq öhdəliklərə zidd deyil, lakin ABŞ-ın yeni silah başlıqları ilə təchizatı nüvə balansını poza bilər.

Rusiya Elmlər Akademiyasının Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk isə bildirib ki, ABŞ öz hərbi arsenalını yeniləyən yeganə ölkə deyil, Rusiya da belə davranır. Onun sözlərinə görə, Vaşinqton bundan sonra da Rusiya ilə strateji nüvə bərabərliyinə çalışacaq, çünki bu, dünyadakı strateji sabitliyin əsasını təşkil edir.

Əlaqədar

"Bir güllə belə, atmadan İranın nüvə proqramını həll etdik"
Putin: İran tərəfdən nüvə təhdidi yoxdur
Nüvə Təhlükəsizliyi Sammiti başlayıb
Amerika hərbçiləri nüvə raketini əllərindən salıblar
Kerri: İrandakı “Ərak” nüvə reaktorunun işi dayandırılıb
Teqlər:
İskəndər, Konstantin Sivkov, ABŞ Nüvə Təhlükəsizliyi Milli İdarəsi, Dmitri Peskov, nüvə, Rusiya, ABŞ

Əsas mövzular