14:57 22 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Qaradərili kişi hüquq-mühafizə orqanları əməkdaşının yanından keçərkən əllərini qaldırır. Dallas, ABŞ

Amerika dəhşət içində

© AP Photo / LM Otero
RADİO
Qısa URL
5601

Rusiya XİN-in rəsmisi: "Dallas faciəsi çoxlu sayda silahsız qara dərili insanları qətlə yetirən Amerika polisinin cəzasız qalmasının nəticəsidir."

BAKI, 8 iyun-Sputnik. ABŞ prezidenti Barak Obama hakimiyyəti dövründə 18-ci dəfədir ki, silahlı hücumdan sonra amerikalılara müraciət edir. Cəmi bir il əvvəl eyni ayda o, Daylan Ruf adlı şəxsin Cənubi Karolinada bir kilsədə doqquz Afrika mənşəli amerikalını öldürməsindən sonra buna bənzər bir çıxış etmişdi. Daylan Ruf bu cinayəti qaradərililərə nifrət zəminində törətmişdi. Bu sözləri amerikalı imam Dayie Abdullah deyib. Ötən ay LGBT icmasının toplaşdığı kluba hücum zamanı isə onlarla insan öldürülmüşdü.

Birləşmiş Ştatlarda ksenefobiyanın artması ilə müşahidə olunan zorakılıq aktları bir növ dəbə çevrilib və hər dəfə insanların kütləvi şəkildə öldürülməsi barədə xəbərləri dünyanı sarsıdır. İyulun 7-də ABŞ-ın Çikaqo, Nyu York, Dallas, Los Anceles, St.Paul və digər şəhərlərində kütləvi etiraz aksiyaları isə bu vaxta kimi görünməmiş zorakılığın bir növ kuliminasiya nöqtəsinə çevrildi. Nümayişçilər iki gün ərzində qaradərililərin polis tərəfindən güllələnməsinə etirazlarını bildiriblər. Texas ştatının Dallas şəhərində polisə snayperdən atəş açılıb.
İğtişaşları yatırmaq istəyərkən beş polis əməkdaşı öldürülüb. Onlara atəş açan şəxslərdən üçü həbs edilib, birinin isə özünə qəsd etdiyi deyilir.

Qeyd olunduğu kimi iğtişaşlar üçün qığılcım rolunu iki afroamerikan şəxsin polis tərəfindən öldürülməsi oynayıb. Bu həftənin çərşənbə axşamına keçən gecə Baton-Puj şəhərində iki polos zabiti yerə yıxdıqları kişiyə yaxın məsafədən atəş açaraq qətlə yetiriblər. Növbəti gün oxşar hadisə Minnesota ştatında baş verib. Bundan sonra ştatların əksər şəhərlərini etiraz aksiyaları bürüyüb, Dallas mitinqi isə faciə ilə yekunlaşıb.

Yerli polis şefi Devid Braun deyib ki, polis əməkdaşlarına dəqiq vuran silahlardan atəş açıblar ki, nəticədə ölənlərlə yanaşı 12 nəfər yaralanıb. Bir çox KİV-lər hadisə yerində olduğundan baş verənləri canlı yayımlayıblar.

Moskva faciə ilə bağlı həyatını itirənlərin yaxınlarına başsağlığında bildirib ki, Amerika höküməti ölkəsində irqlərarası münasibətləri nizama salmaq üçün hərəkətə keçəcək. "Dallas faciəsi çoxlu sayda silahsız qara dərili insanları qətlə yetirən Amerika polisinin cəzasız qalmasının nəticəsidir", — Rusiya XİN-in insan haqları və demokratiya məsələləri üzrə səlahiyyətli şəxsi Konstantin Dolqov özünün Twitter hesabında belə yazıb.

"Bu, irqi zəminə baş vermiş birinci hadisə deyil. Amerika hökuməti bunun alovlanmasının qarşısını almasa, etirazlar daha da genişlənəcək",- deyə diplomat əlavə edib.
Rəsmi məlumatlara görə, təkcə bu il ABŞ-da polis əməkdaşlarının iştirakı ilə 505 qətl hadisəsi qeydə alınıb.

Əlaqədar

Qaradərili amerikalı Sputnik-ə danışdı: ABŞ-da dəhşət baş verir
Teqlər:
Konstantin Dolqov, St.Paul, Daylan Ruf, Cənubi Karolina, Devid Braun, Dallas, Çikaqo, Los-Anceles, ABŞ prezidenti Barak Obama, Texas, Nyu York, Moskva, Rusiya, ABŞ, terror

Əsas mövzular