10:24 26 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

Ölkədə dollar azaldıqca digər bəlalar artacaq

RADİO
Qısa URL
5011

Ekspert: "Biz neftlə bağlı nə əvvəlki tələbi, nə də əvvəlki artımı görə bilirik. Azərbaycan, Rusiya və Qazaxıstanın iqtisadiyyatına gəldikdə isə, hər üç ölkədə büdcə problemləri var"

Ölkədə dollar azaldıqca digər bəlalar artacaq
BAKI, 27 yan — Sputnik. Bu gün "Sputnik" Beynəlxalq Mətbuat Mərkəzində "Neftin qiymətlərinin ucuzlaşması: Xəzəryanı dövlətlərdə iqtisadi vəziyyətə təsir" mövzusunda Moskva-Astana-Bakı videokörpü keçirilib. Moskvadan tədbirə Milli Enerji Təhlükəsizliyi Fondunun baş direktoru Konstantin Simonov və REA Enerji tədqiqatları institutunun Dünya energetika bazarlarının tədqiqatı mərkəzinin rəisi Vyaçeslav Kulagin qatılıblar.
Видеомост в пресс-центре Sputnik Азербайджан 27.01.2016
© Sputnik / Murad Orujov

Konstantik Simonov qeyd edib ki, region dövlətlərinin bütün xammal bazarlarında eniş müşahidə olunur. Onun fikrincə, bu eniş neft qiymətlərinə görə deyil, məhz dolların məzənnəsinin artması səbəbindən baş verir.

Vyaçeslav Kulagin isə neft qiymətlərinin düşməsinin səbəbini istehsalın həcmində görür. Onun fikrincə, neft bazarındakı təklif tələbi üstələyir: "Hamı necə bacarır, elə də satır neftini. Ona görə də, biz nə əvvəlki tələbi, nə də ki, əvvəlki artımı görə bilirik. Azərbaycan, Rusiya və Qazaxıstanın iqtisadiyyatına gəldikdə isə, hər üç ölkədə büdcə problemləri var".

"Neftin qiymətinin düşməsi Rusiyada büdcə kəsirini 3%-ə çatdırıb. Yanacaqdan asılı olan sahələrdə isə bir növ şok vəziyyət yaranıb. Bu bizim üçün stimul yaradır. Bu vəziyyətdən qeyri-enerji sektorunun inkişafı üçün istifadə etmək lazımdır", — deyə o bildirib.

Qazaxıstandan videokörpüyə Qazaxıstan Təhsil və Elm Nazirliyi İqtisadiyyat institutunun filial direktoru Jangeldı Şimşikov və iqtisadçı ekspert Əkbər Tukayev qoşulublar. Ekspertlər qeyd ediblər ki, neftin qiymətinin enməsi Qazaxıstan iqtisadiyyatına çox mənfi təsir göstərib, lakin neft qiymətləri haqda həm yaxın, həm uzunmüddətli proqnozlar əslində elə də pis deyil — vəziyyət yaxşı tərəfə dəyişə bilər. Jangeldı Şimşikovun sözlərinə görə, Qazaxıstanda 2015-ci ildə 2014-cü il ilə müqaisədə sənaye istehsalının həcmi 20.9%, maşınqayırma 30%, neft emalı 5.7%, ixrac isə 42.4% azalıb.

"Mən bir məsələni də qeyd etmək istərdim. 2000-ci ildə neftin qiyməti indiki qiymətlərlə eyni səviyyədə olub, 2004-cü ildə — azca artım oldu, 2006-cı ildə isə 60 dollara bərabər oldu. Bəs nə dəyişdi?!", — Şimşikov sual edib.

Onun sözlərinə görə, İran faktoru neftin gələcək qiymətlərinə çox ciddi təsir edə bilər: "İran sutkada 4 milyon barrel neft ixrac edəcək. Bunu il ərzində hesablayanda, çox böyük rəqəmlər alınır. Bundan başqa, ABŞ da neft ixracını bərpa etdi. Bütün bu və digər amillər təsirsiz ötüşmür".

Bakını isə görüşdə AMEA İqtisadiyyat institutunun aparıcı elmi işçisi Mayis Gülalıyev və Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban təmsil ediblər. İlham Şaban qeyd edib ki, bu, neftin qiymətinin üçüncü oxşar enişidir: "Neft qiymətlərinin belə kəskin düşməsi artıq üçüncü dəfə baş verir, bunlardan sonuncusu 2008-ci ildə baş verib. Sonradan qiymətlər artdı. Bu eniş 2004-cü ilin iyunundan başlayıb və artıq 2014-cü ilin sentyabrında qiymətlər 100 dollarlıq psixoloji həddi keçmişdi. Hökümət düşünürdü ki, iqtisadiyyat sadəcə soyuqlayıb və dərman qəbul etsə, 3-5 günə düzələcək. Lakin bu, adi soyuqdəymə deyildi və dərmanların xeyri olmadı" — ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycan höküməti neftdən əldə olunan vəsaitləri qeyri-neft sektorunun inkişafına yatırsa da, belə vəziyyətdə qeyri-neft sektoru bu vəsaitləri kompensasiya edə bilmir. İqtisadçının sözlərinə görə, Azərbaycan Mərkəzi Bankı 2014-cü ilin sentyabrından manatın məzənnəsinin qorunmasına 10,3 milyard dollar xərcləyib, bu vəsaitləri isə iqtisadiyyatın inkişafına yönəltmək daha məqsədəuyğun olardı.

"Neft qiymətlərinin enməsinə baxmayaraq, hökümət büdcə xərclərini artırmaq niyyətindədir. İstiqrazlar buraxılacaq, dövlət xarici kredit götürəcək. Görək necə olur", —ekspert bildirib.

Mayis Gülalıyev isə hər üç ölkəni struktur islahatlara hazırlaşmamaqda günahlandırıb: "Son 15-20 il ərzində biz struktur islahatlarına hazırlaşmamışıq. Nədə ki, Rusiya ilə Qazaxıstan buna hazırlaşıblar. Əgər hazırlaşsaydıq, milli valyutalarımız dəyərdən düşməzdi".
Ekspert qeyd edib ki, Azərbaycanda dollara olan illik təlabat 9 milyard təşkil edir, bu il isə biz yalnız 2 milyard alacayıq. Bu vəziyyət əhaliyə psixoloji pis təsir edə bilər. Onun sözlərinə görə, Azərbaycanda kasıblıq və işsizlik səviyyəsi iki dəfə arta bilər, ölkədə dollar azaldıqca digər bəlalar artacaq.

Qeyd edək ki, videokörpü "Rossiya seqodnya" BİA-nın "İqtisadi mühit" yeni multimedia layihəsi çərçivəsində keçirilib.

Əlaqədar

"Böhran parlamenti formalaşdırılmalıdır"
"İş yerlərinin ixtisarı böhrandan çıxış yolu deyil"
Böhran ödənişli televiziya bazarına necə təsir göstərib?
Azərbaycan müxalifətinin anti-böhran təklifləri
Teqlər:
böhran, iqtisadçı, manat, dollar, iqtisadiyyat, neft

Əsas mövzular