02:31 27 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0630

İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir

RADİO
Qısa URL
10101

Ekspertlər hesab edir ki, builki Davos Forumu xarici investorların ölkəyə cəlbi baxımından Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir

İqtisadçılar Prezidentin Davos mesajlarını təhlil edir
“Bugünkü vəziyyəti gördükdən sonra neftin qiymətinin daha da düşməsi bizi təəccübləndirməyəcək”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Davos Forumu Çərçivəsində “The New Energy Equation” adlı panel müzakirəsində çıxışında deyib. 

Dövlət başçısı bildirib ki, Azərbaycan öz iqtisadiyyatını neftdən sonrakı dövrə — 20 ildən sonraya hazırlayırdı: “Bu, bizim üçün gözlənilməz oldu, iqtisadiyyatımız üçün çətin vəziyyət yaratdı. Çünki biz bu il büdcəmizi 50 dollar səviyyəsində müəyyən etmişdik. Ötən il isə bu rəqəm 60 dollar götürülmüşdü. Ona görə xərclərimizi, investisiyalarımızı azaltmaq məcburiyyətində qaldıq. Sosial proqramları olduğu yerdə saxladıq. Bizim iqtisadiyyatımız stabil və dayanıqlıdır. Böyük rezervlərimiz var. Ona görə də biz vəziyyəti kompensasiya edə bilərik. Lakin belə vəziyyət uzun müddət davam etsə, təbii ki, bu, bizim büdcə üçün böyük təzyiq olacaq”.

İqtisadçı ekspert  Pərviz Heydərov prezidentin Davosdakı çıxışını təhlil edərək bildirir ki, Azərbaycan enerji resurslarından asılı olan ölkələrindən biri olduğu üçün baş verən proseslər prosseslər bizim ölkəyə ciddi şəkildə öz təsirini göstərib:

“Bu dəfəki Davos forumunda Azərbaycan da iqtisadi vəziyyətdən öz narahatlığını ifadə etməyə məhkumdur. Cənab prezidentin panel müzakirəsində etdiyi çıxış olduqca əhəmiyyətli idi. Açıq şəkildə ifadə etmişdir ki, dünyada hazırda neftin qiyməti idarə olunmaz bir səviyyəyə gəlib çıxmışdır. Qeyd etmişdir ki, vəziyyətdən OPEK üzvləri ilə OPEK-dən kənar dövlətlər neft hasilatı ilə məşğul olan ölkələr arasında koordinasiyanın olması olduqca vacibdir. Yəni bu çox real bir təklifdir. Ölkə başçısı onu da nəzərə çatdırmışdır ki, Azərbaycan iqtisadiyyatı real vəziyyətdən çox böyük təsirlər hiss eləyir. Bütün çətinliklərə baxmayaraq Azərbaycanın maliyyə ehtiyyatları real vəziyyətdən çıxmağa kifayət edir”. 

İqtisadçı ekspert  Nazim Məmmədov deyir ki,builki Davos Forumu xarici investorların ölkəyə cəlbi baxımından Azərbaycan üçün çox böyük əhəmiyyət kəsb edir. Ekspertin sözlərinə görə, bunun üçün xarici investorları Azərbaycanın etibarlı ölkə olduğuna inandırmaq lazımdır:

“Ölkə başçısı Dünya Bankının rəqabətlilik indeksində Azərbaycanın MDB məkanında birinci olduğunu nəzərə çatdırıb. Bu o deməkdir ki, Azərbaycan investisiya baxımından qeyri-neft sektoruna maraqlı ölkədir. Ona görə prezident İlham Əliyev həm qeyri-neft sektorunun inkişafı baxımdan, həm neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi nəticəsində Azərbaycanın gəlirlərinin azalmasının müvəqqəti olduğunu vurğulamaqla bizim ölkəyə yenidən etibar olunmasını qeyri-neft sektoru şirkətlərinə mesaj olaraq çatdırmışdı. Bunları mən müsbət qarşılayıram. 2016-ci il Azərbaycanda struktur islahatların dərinləşdiyi il olacaq. Bu ildən başlayaraq liberal bazar dəyərlərinin inkişaf etdirilməsi, manapoliyanının aradan qaldırılması, çevik hökümətin qurulması eyni zamanda məmur özbaşınalığına son qoyulması bir sözlə sahibkarlığın inkişafı üçün normal bir şərait olmalıdır. Bundan sonra xarici investorlar Azərbaycana etibar etməyə başlayacaq”.

Xatırladaq ki, Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan iqtisadiyyatının gələcəyi” mövzusunda yerləşdirilən məqaləsində də real vəziyyət və böhrandan çıxış yolları ilə bağlı fikirlər yer alıb. 

Əsas mövzular