07:28 08 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8883
World Economic Forum in Davos
© Sputnik / Aleksey Babushkin

Davos Forumu dünyaya nə vəd edir?

RADİO
Qısa URL
428 0 0

Ekspert: “Davos Forumu indiki məqamda bizim prezidentimiz üçün yaxşı bir platformadır ki, ölkədəki vəziyyəti və xarici investorlar üçün qapıların açıldığını onlara daha əlverişli şərait yaradılacağını təqdim eləsin”

BAKI, 21 yan — Sputnik. Davos Forumu bu dəfə “Dördüncü sənaye inqilabı” devizi altında keçirilir. Forumda dünyanın 100-dən artıq ölkəsindən 2500-ə yaxın qonaq, o cümlədən, prezidentlər, baş nazirlər, iri korporasiyaların rəhbərləri iştirak edirlər. Bu il Davos forumu dünyada ciddi maliyyə, miqrant böhranlarının və neftin ucuzlaşdığı bir vaxtda baş tutur. Dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda Davos formunda əsas müzakirə mövzularından biri yaxın zamanlarda dünya iqtisadiyyatının hansı istiqamətlərdə inkişafı olacaq. 

Bununla bağlı Sputnik-in suallarını iqtisadçı ekspert Azər Mehtiyev cavablandırır:

İqtisadtçi - ekspert Azər Mehtiyev
Facebook/ Azer Mehtiyev
Azər Mehtiyev

- Bu il Davos forumu neft ölklərində başlayan böhran fonunda keçirilir. Sizcə, Davos İqtisadi Forumu neft ölklərinə bu böhrandan çıxış yollarını göstərə biləcəkmi?

—  Enerji daşıyıcılarının qiymətlərinin düşməsi dünya iqtisadiyyatında inkişafa təkən verən amil hesab olunur. Düzdür, neft satan ölkələr üçün gəlirlərin azalması ilə xarakterizə olunsada, neft istehlak eləyən ölkələr üçün yeni bir şans yaradır və inkişafa təkan verən amil sayılır. İndiki halda inanmıram ki, orada neftin qiymətinin qaldırılması istiqamətində hər hansı qərarlar verilsin. Mənə elə gəlir ki, bu Davos forumunun ümumiyyətlə gündəliyi ola bilməz. Bu, məhz OPEK kimi bir təşkilatın gündəliyi ola bilər. Çünki, Davos forumunda daha çox qlobal iqtisadi inkişaf məsələləri müzakirə olunur. Dünya bazarında neftin düşməsi bu və ya digər formada müzakirə olunsa belə nəzərə almaq lazımdır ki, hazırda dünya bazarında  neftin qiymətinin düşməsinin çox ciddi əsasları mövcuddur. Yəni orada hətta neft ixrac edən ölkələrə hər hansı bir məsləhətlər olsada bu daha çox iqtisadiyyatın diversifikasiyalaşdırılması, neftdən asılılığının aradan qaldırılması istiqamətində və.s ola bilər.

- Ümumiyyətlə, Davosda qəbul olunan qərarlar dünya iqtisadiyyatına necə təsir edir?  

—  Davos Forumu çox önəmli forumlardan biridir. Həmin foruma dünya ölkələrinin liderləri və dünya biznes rəhbərləri gəlirlər. Fikir mübadiləsi aparırlar. Bir çox ölkələr üçün Davos forumu investorların cəlb olunması və digər ölkələrin diqqətini cəlb eləməklə onların ehtimadını qazanmaq üçün bir meydan mesab olunur. Onlar öz baxışları, istəkləri ölkələrinin gələcək siyasəti haqqında məlumat verməklə çox ciddi platforma əldə eləyirlər. Eyni zamanda bu, həm investorlar, həm də xarici dövlət başçıları üçün önəmli olan bir mesajdır. Burada həm də biznes ideayalarının, dövlət siyasəti ideyalarının müzakirəsi və mübadiləsi başlayır. Hesab edirəm ki, dövlətlərin həm özünə güzgüdə baxması, həm də özünü tanıtması üçün bir platformadır. Buna görədə hər il bu forum çox diqqətlə izlənilir və buna maraqda ildən-ilə artır.

- Hazırda Azərbaycan hökumətinində əsas iqtisadi prinsiplərindən biri qeyri-neft sektoruna xarici investisiyaları cəlb etməkdir. Siz necə düşünürsüz, Azərbaycana xarici investisiyanın cəlbi baxımdan Davos forumunun nə kimi rolu ola bilər?

—  Ölkəmiz üçün çox önəmli bir dövrdə baş verən forumdur. Azərbaycan neftin qiymətinin aşağı düşməsindən birbaşa əziyyət çəkən ölkələrdən biridir. Ölkə üçün qarşıda duran əsas məsələlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsi, ölkəyə xarici investisiya cəlb olunmasıdır. Davos Forumu indiki məqamda bizim prezidentimiz üçün yaxşı bir platformadır ki, ölkədəki vəziyyəti və xarici investorlar üçün qapıların açıldığını onlara daha əlverişli şərait yaradılacağını təqdim eləsin. Təbii ki, konkret istiqamətlərdə xüsusilə də qeyri-neft sektoru istiqamətində dünyanın tanınmış investorları ilə görüşüb onları ölkəmizə dəvət eləmək üçün yaxşı bir meydandır və bundan maksimum faydalanmaq lazımdır.

Əlaqədar

Oqtay Əsədov: Azərbaycan iqtisadiyyatında real artım olacaq
İlham Əliyev: Təzyiqlərə rəğmən, Azərbaycan iqtisadiyyatı inkişaf edib
Azərbaycan prezidenti: 2016-cı il iqtisadiyyat üçün asan il olmayacaq
"Sahibkarlığın inkişafına inhisarçı oliqarxlar mane olur"
Teqlər:
İqtisadi Forum, Azər Mehtiyev, Davos Forumu, qeyri-neft, OPEK, neft

Əsas mövzular