03:12 03 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

İnternet 10 il əvvəl ölmüş qızı diriltdi

RADİO
Qısa URL
1041 0 0

14 yaşında evlərindən qaçan qız bu illər ərzində internet klubda yaşayırmış

İnternet 10 il əvvəl ölmüş qızı diriltdi
Ölülər aləmindən dirilmək tək kompüter oyunlarında deyil, real həyatda da mümkündür. Bunu Siao Yun adlı çinli qız sübut edib. O, artıq 10 il idir ki, ölü hesab olunurdu və qəfildən hüquq mühafizə orqanları onu internet klubda tapırlar. Onun bu illər ərzində burada yaşadığı və “online” oyunlar oynadığı ortaya çıxıb. Göründüyü kimi, ölüb dirilməyi də məhz orada öyrənib. Klubdan kənara qız yalnız yuyunmaq və yemək üçün çıxırdı. İlk müddət o, klub müştərilərinin ona verdiyi pullarla yaşayıb, sonra isə özü internetlə pul qazanmağı öyrənib. Siao Yun hətta nişanlısı ilə də internet vasitəsi ilə tanış olub. O, saxta sənədlər düzəltməsəydi hər şey daha yaxşı olardı. Axı indi onun 24 yaşı var. Lakin görünür, virtual həyatda əsl sənəd əldə etmək real həyatdan daha asandır.

Məhz saxta sənəd oyunçu qızın sirrini açdı. Qızın valideynləri danışıblar ki, 14 yaşlı uşaqları itən zamandan bir gün sonra polisə müraciət ediblər. Lakin bir neçə ay davam edən uğursuz axtarışlardan sonra onun öldüyünü düşünüblər. Sonra isə aşkar oldu ki, anası ilə mübahisədən sonra qız bərk küsüb və “öz həyatına yenidən başlamaq” qərarı verib. 

Çinli qız real həyata – öz evlərinə qayıtmağa razılıq versə də, bir şərt qoyub. O yenə pulunu onlayn oyunlarla qazanacaq. Kompüterə olan sevgisinə görə qızı gözləyən yeganə cəza isə cərimə olacaq. O da ki, sənəd saxtakarlığına görə. 

Təəssüf ki, oxşar “oyunçu”ların taleləri çox vaxt daha pis olur. Çində oyunda uduzduqları üçün özünə qəsd edən şəxslərin sayı dayanmadan artır. Bu səbəbdən, hətta hakimiyyət oxşar asılılıqdan əziyyət çəkən yeniyetmələri məcbur müalicə etməyə başlayıb.  

Əsas mövzular