19:05 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Müharibə hər an başlaya bilər

RADİO
Qısa URL
49801

Ekspertlərin fikrincə, Yeni il ərəfəsində Ermənistan tərəfi daha çox atəşkəsi pozmağa cəhd göstərəcək

Müharibə hər an başlaya bilər
Son günlər cəbhə bölgəsində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı bölmələri Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir.

Dekabrın 19-u gün ərzində və 20-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələri müxtəlif istiqamətlərdə düşmənin təxribat törətmək cəhdlərinin qarşısını qətiyyətlə alaraq onun atəş nöqtələri və mövqelərinə müxtəlif çaplı silahlardan dəqiq zərbələr endiriblər. Nəticədə, qarşı tərəfin bir neçə texnikası sıradan çıxarılıb, şəxsi heyəti arasında ən azı 2 nəfər ölən və 4 yaralanan var. Ümumilikdə ermənilər həftə ərzində 18 ölü və 20-dən artıq yaralı olaraq itki verib. Düşmənlə döyüş toqquşmasında Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Nurməmmədzadə İbrahim Əvəz oğlu həlak olub.

Bəs görəsən Ermənistanın belə bir təxribata əl atmasında marağı nədir? Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, bu addımın səbəbləri gizli deyil:

“Heç bir gizli səbəb axtarmaq lazım deyil. Ermənistan özbaşına bir dövlət deyil, idarə olunan bir ölkədir. Ona görə də, mən qeyri-adi heç nə görmürəm. Bu cəbhədə olan son hadisələr də bir növ Ermənistanın özünü yaxşı göstərmək cəhdləridir, o cümlədən, regionda gərginliyi saxlamağa yönəlmiş addımlardır”.

Hərbi ekspert Emin Həsənli isə bildirib ki, Ermənistana qarşı müəyyən addımlar atılmayınca o, bu hərəkətlərinə davam edəcək:

“Çox təəssüf edirik ki, konkret olaraq Ermənistana nə qədər ki sanksiyalar tətbiq edilmir, Ermənistan bu cür hərəkətləri davam etdirəcək. O, beynəlxalq hüququ pozur. Təhlükəsizlik Şurasının beş daimi üzvündən üçü – Amerika, Rusiya və Fransa konkret ölçü götürmür, həmsədrlər bəyanat vermir. Azərbaycan atəşkəsi bir dəfə pozacaq, o da torpaqlarını işğaldan azad edəcək. Ermənistan heç bir hüquqa əməl etmir, diversiya qrupları göndərir Azərbaycan ərazisinə, pilotsuz təyyarələr göndərir, mülkü əhaliyə qarşı atəş açır. Və bu hadisələri davam etdirir. Konkret Ermənistana heç bir tədbirlər görülmür”.

Üzeir Cəfərov hesab edir ki, şəhidlərin verilməsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin də günahları az deyil:

Situation in Armenia
© Sputnik / Kirill Kallinikov
“Bu şəhidlərin verilməsi də, bunlar hamısı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vicdanına yazılmalı olan hadisələrdir. Çünkü indiyənədək onlar ortalığa heç bir konkret iş, nəticə qoymayıblar. Keçirilən görüş də Azərbaycan və Ermənistandan daha çox ATƏT-in Minsk qrupunun həmsədrlərinə lazım idi ki, onlar hesabatlarına yazsınlar ki, guya hansısa bir sülhyaratma missiyası ilə məşğuldurlar”.

Cəbhədəki vəziyyətlə əlaqədar hər iki tərəf itkilər verir. Gərgin vəziyyət isə hər an irimiqyaslı əməliyyatların başlanmasına gətirib çıxara bilər. Ekspert Emin Həsənli davam edir:

“Törədilən hadisə nəticəsində hər iki tərəf itki verir, Ermənistan daha çox itki verir. Bunlar, düzdür, bəzi hallarda itkilərini gizlədirlər, amma bütün hallarda, buna müvafiq ola bilmirlər. Cəbhədə gərgin vəziyyət davam edir. Bu gərgin vəziyyət hər an irimiqyaslı əməliyyatların başlanmasına səbəb ola bilər. Ona görə ki, Ermənistan heç vaxt hüquq normalarına əməl etmir. Ermənistan üçün qanunun aliliyi yoxdur. Ermənistan hakimiyyətinin öz əhalisinin qarşısında heç bir məsuliyyəti yoxdur. O, beynəlxalq hüquqa da əməl etmir. Orada cinayətkarlar hakimiyyətdədir və biz cinayətkar bir dəstə ilə mübarizə aparırıq”.

Bəs bu gərginlik və itkilər nə qədər davam edəcək? Üzeir Cəfərov bu haqda belə düşünür:

“Yəqin ki, bir-iki gün sakitçilik olacaq. Amma yeni il öncəsi və yeni ilin ilk günlərində cəbhədə yenə də aktiv atışmalar və hərəkətlər olacaq. Amma düşünmürəm ki, bunlar genişmiqyaslı əməliyyatlara gətirib çıxarsın. Bu, sadəcə olaraq, erməni xislətinə uyğun olaraq, vəziyyəti daim gərginlik altında saxlanmasına xidmət edən addımlardır”. 

Qeyd edək ki, son günlər cəbhədə erməni təxribatlarının qarşısı ordumuz tərəfindən uğurla alınır və düşmən itkilər verməkdə davam edir. 

Əsas mövzular