“Qarabağ” və “Qəbələ” növbəti ildə futbolumuza nə vəd edir?

© sputnik.azQarabağ FK - Qəbələ FK
Qarabağ FK - Qəbələ FK - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspert hər iki komandanın Avropa Liqasının qrup mərhələsindəki oyunlarını dəyərləndirir

“Qarabağ” və “Qəbələ” növbəti ildə futbolumuza nə vəd edir?
2015-ci ili Azərbyacan futbolu üçün uğurlu il hesab etmək olar. Beləki ölkənin futbol tarixində ilk dəfə olaraq iki klubumuz “Qarabağ” və “Qəbələ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandılar. Ağdam təmsilçisi üçün tarix olmasa da, “Qəbələ” üçün qruplarda oynamaq ilk idi. Çünki indiyə qədər “Neftçi” və “Qarabağ” bir dəfə qruplarda oynamaq haqqı qazanmışdılar.  

Dekabrın 10-da təmsilçilərimizdən “Qarabağ”  həlledici oyununa çıxıb.Qurban Qurbanovun komandası səfərdə “Anderlext”in qonağı olub. Bakıda keçirilən oyunda bu rəqibinə qalib gələn klubumuz bunu Belçikada da bacarsaydı, “pley-off”a vəsiqə qazanacaqdı. Ancaq bunun üçün “Monako”nun “Tottenhem”lə oyunda xal itirməsi vacib idi. Oyunda hesabı açan tərəf  "Qarabağ" olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib. Ardıcıl 2 qol buraxan "Qarabağ" fasilədən sonra da oyunda dönüş edə bilməyib. Bununla da, son Azərbaycan çempionu bu ildə Avropa Liqasında mübarizəni dayandırıb. 

Futbol mütəxəssisləri isə qazanılan bu uğurların Azərbaycan futbolunun gələcəyinə böyük töhfələr verəcəyini proqnozlaşdırırlar. Bu gün klublarımızın qazandığı təcrübə gələcəkdə Avropada daha çox klubla və qruplarda birbaşa iştirak etmək baxımından çox önəmlidir. 

Qol.az saytının baş redaktoru Aydın Bağırov “Sputnik”ə klublarımızın Avropa Liqasının “pley-off” mərhələsinə çıxa bilməyinin səbəblərindən danışıb. Aydın Bağırovun fikrincə,“Qəbələ” dən fərqli olaraq “Qarabağ” növbəti mərhələyə adlaya bilərdi:

“Komandanın qrup mərhələsindəki çıxışını normal saymaq olar. Amma, məncə komanda növbəti mərhələyə adlaya bilərdi. Ən azı “Monako” ilə oyunlarda səfərdə 1 xal, Bakıda isə 3 xal götürmək olardı. Bununla belə komandanı ittiham eləməkdə düzgün deyil. Çünki, çox çətin bir qrupda mübarizə aparırdı. İki-üç il əvvəl biz belə komandalarla oyunu ancaq arzulaya bilərdik. Bu gün “Qarabağ”o komandalarla oynuyur və hətta “Anderlext” və “Monako” dan xal almağı da bacarır. Amma, mövsümün əvvəlində yaxşı transferlər olsaydı, mənə elə gəlir ki, “Qarabağ” ən azı Avroliqanın final mərhələsinə çıxa bilərdi. Çox heyif ki, yeni transferlər klub üçün uğurlu olmadı. Ötən il bir neçə uğurlu transferlər olmuşdur. Amma, biz eyni sözləri bu dəfə ki, transferlərə aid edə bilməzdik. Klub daha artıq vəsait sərf edib daha güclü oyunçular cəlb eliyə bilərdi. Bununla da çempionlar liqasının qrup mərhələsinə düşüb xərclənən pulu artıqlaması ilə çıxarmaq olardı”.

Aydın Bağırov hesab edir ki, klublarımız transferə vəsait ayırmalıdır:

“Maddi olaraq klubların durumu yaxşı halda deyil. Ona görə də növbəti ildə ən yaxşı halda “Qarabağ” və “Qəbələ” in  Avropa Liqasının qrupunda oynayacağını gözləyirəm. Çempionlar Liqasında isə hansısa bir klubumuzun oynayacağını gözləmirəm.  Çempionlar Liqasının qrupunda oynamaq üçün komandaya yaxşı transferlər lazımdır. İndiki futbolçularla da biz gedib orada oynaya bilməyəciyik. Çünki, fərq çox böyükdür. Oyundan-oyuna rəqiblərin səviyyəsi yüksəlir. Əgər klublarda Çempionlar Liqasının qrup mərhələsində oynamağı özlərinə hədəf seçirlərsə bunun üçün güclü futbolçular lazımdır. Yox əgər hədəfləri yoxdursa onda elə bu fotbolçularla da oynaya bilərlər. Digər klublarımızında maddi vəziyyəti yaxşı deyil, ən yaxşı halda bu klubların ilkin təsnifat mərhələsində bir-iki mərhələ keçəcəyini gözləmək olar”.

Qeyd edək ki, ötən ildə Avropa Liqasının qrup mərhələsinin son turunda “Qarabağ” klubunun “İnter”lə görüşünün baş hakimi Miroslav Zelinka matçın son dəqiqələrində Riçard Almeydanın vurduğu qolu qeydə almadığına görə klubumuz qrup mərhələsində mübarizəni dayandırmışdır. 

Xəbər lenti
0