Dünyanın milyonçu heyvanları

© SputnikStray dogs outside of a subway station in Moscow
Stray dogs outside of a subway station in Moscow - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyada ən varlı heyvan Alman çoban iti IV Qünterdir. Onun sərvəti 370 milyon dolları keçib

Dünyanın milyonçu heyvanları
Forbes siyahısındakı zənginlərdən fərqli olaraq, onların adlarını hər kəs eşitmir, lakin müəyyən dairələrdə onlar da yetərincə populyardırlar. Bu – milyonlarla dollara varis olan şanslı it və pişiklərdir.

Bəzi ölkələrdə qanun heyvana vəsiyyət etməyi qadağan etmir. Vəkil Vladimir Yurasovun sözlərinə görə, bu halda, heyvan vəsiyyət olunan digər əşyalardan elə də çox fərqlənmir:

“Hər bir vətəndaş vəsiyyət və digər əməliyyatlar etmək hüququna malikdir. Bunu heç bir qanun qadağan etmir. Lakin mən öz hüquq təcrübəmdə bununla çox nadir hallarda rastlaşıram. Əsasən bu haqda kütləvi informasiya vasitələrindən eşidirəm. Bu necə qeydə alınır? Yəqin ki, bu, adi qəbul edilmə aktıdır. Vəsiyyət olunan heyvanın bu zaman harada olması Mülki Məcəllə ilə tənzimlənmir. Ona görə hesab edirəm ki, çox yaxşı bir postulat var — əgər qanun nəyisə qadağan etmirsə, demək ona icazə verir. Əgər hər hansı bir hərəkət qanun tərəfindən məhdudlaşdırılmayıbsa, o deməkdir ki, heç bir qadağa da yoxdur”.

Beynəlxalq hüquq üzrə ekspert Mariya Yarmuş deyir ki, heyvanlar öz sahiblərinin ölümündən sonra yaxşı həyat şəraitinə sahib ola bilərlər, lakin onların özləri qanunvericilik tərəfindən vəsiyyət olunan mülk kimi hesab olunursa, onlara nəsə vəsiyyət etmək mümkün olmur:

“Rusiya qanunvericiliyinə görə, mülkü heyvana vəsiyyət etmək olmaz, çünki Mülki Məcəllə heyvanların özlərini daşınan əmlak kimi qəbul edir. Lakin Rusiya qanunlarına əsasən, hər bir vətəndaş, vəsiyyətdən imtina edərək müəyyən məbləğ ayıra bilər, yəni elə adam tapa bilər ki, o məbləğ qarşılığında heyvanın qayğısına qalsın. Qanuna görə, vəsiyyət edənin son iradəsi həyata keçməlidir”.

Lakin, bir çox ölkələr daha da irəli gediblər. Orada varislər siyahısında ev heyvanları da rast gəlir. Belə ki, “Collie” it cinsinə aid Tina və Keyt bir milyon dollara varis olublar. Bundan başqa, milyonçu Nora Hardvell onlara ev və torpaq sahəsi də saxlayıb. Aktrisa Berli Reydin son iradəsinə görə isə, Qamış, Bun, Eylin, Koko və Tafnel adlı beş pişik ömürlərinin axırlarınadək iki milyon dollar dəyəri olan evdə yaşaya bilərlər.

Bu siyahıda 65 milyon dollar sahibinə çevrilən Maksimilian da var. Mariya Yarmuşun sözlərinə görə, oxşar hadisələr bəzi insanların normal münasibətlər qura bilməməsindən yaranır:

“Qərb ölkələrində qanunvericilik elə yazılıb ki, ən yaxın qohumlardan – arvad, uşaq, bacı və qardaşlardan keçərək, mülkü ev heyvanlarına vərəsəlik etmək olur. Tez-tez elə olur ki, çox varlı insanın it və ya pişikdən yaxın heç kimi olmur. Qohumlar isə uzaq olurlar: ömrü ərzində o, onlarla danışmayıb və ya münasibətlərində ziddiyyətlər olub. Belə vəziyyətdə mülk heyvanlara keçir.

Orada vəsiyyəti icra edən aqentlik sistemi inkişaf edib. Onlar vəsiyyətdə qeyd olunan mülkü it-pişiyə, sonra isə onların gələcək nəsillərinə keçirirlər. Xüsusi Agent nəzarət edir ki, vəsiyyət edən şəxsin heç bir tapşırığı yerinə yetirilməmiş qalmasın”.

Lakin fantastik sərvətə malik ən varlı heyvan Alman çoban iti IV Qünterdir. Onun sərvəti ona öz doğma atasından – III Qünterdən keçib. Bundan başqa, varis öz atasından da zəngindir: itin qəyyumları onun sərvətini daha da artırıblar. Nəticədə, onun sərvəti 370 milyon dolları keçib.

Xəbər lenti
0