04:04 23 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9570
Pregnant woman in office
BSIP RF

Bədənində başqasının uşağını gəzdirən qadın

RADİO
Qısa URL
48801

Surroqat analığın əleyhdarları hesab edirlər ki, belə mayalanma qadınları və gələcək uşaqları satın alınan əşyaya çevirir

Surroqat analıq ən çox müzakirə olunan və getdikcə adiləşən məsələlərdən biridir. Bu üsulun sağlam övlad dünyaya gətirə bilməyən valideynlər üçün xilas yolu olmasına baxmayaraq, buna qarşı çıxanlar da az deyil. Onlar bu hərəkətin mənəviyyatdan kənar və qeyri-qanuni olduğunu bildirirlər. Surroqat analığın əleyhdarları hesab edirlər ki, belə mayalanma qadınları və gələcək uşaqları satın alınan əşyaya çevirir. Bəziləri isə, oxşar hərəkətin ailəyə güclü zərbə vurduğu və ər-arvad arasındakı münasibətləri pozduğunu iddia edirlər.

Lakin bu üsulun tərəfdarlarının da arqumentləri az deyil. Tibb elmləri doktoru Lyubov Yerofeyevanın sözlərinə görə, ilk növbədə, bu üsulun dunyaya uşaq gətirə bilməyən ailələrin genetik cəhətdən doğma övlad qazanmağı üçün yeganə çıxış yoludur:

“Surroqat analıqdan, heç bir halda uşaq sahibi ola bilməyən cütlüklər istifadə edirlər. Bu o deməkdir ki, cütlükdəki qadının dünyaya uşaq gətirmək üçün mühüm olan hər hansı bir daxili orqanı yoxdur — ən çox hallarda bu uşaqlıqdır. Və ya yaş səbəbindən, yaxud da ki, uşaqlığın cərrahi yol ilə götürülməsindən sonra qadın artıq doğum iqtidarında olmur. Surroqat analıq ona aid olmayan embrionu daşımaqdır. Surroqat ana isə öz övladını daşımır, o, ilahi xidmət yerinə yetirir. O, cütlüyə başqa üsullarla heç cür ala bilməyəcəkləri uşağı qazanmağa kömək edir”.

Bununla yanaşı, Fransa, Avstriya, Norveç, İsveç, Almaniya kimi dövlətlər, eləcə də Amerikanın bəzi ştatlarında surroqat analıq tamamilə qadağandır. Avstraliya ştatlarının yalnız birində qeyri-kommersiya xarakterli surroqat analıq üsulundan istifadə etmək olar, Kanada, İsrail və Hollandiyada isə oxşar xidmətlərin hər hansı bir reklamı qadağandır. Surroqat analıq üzrə Avropa Mərkəzinin direktoru Vladislav Melnikov qeyd edib ki, Rusiya surroqat analığın qanunvericilik səviyyəsində icazə verildiyi dövlətlərə aiddir:

“Rusiya Federasiyası qanunvericiliyində surroqat analıq üsulu artıq 20 ildir ki, mövcuddur. Bu hüquq 1995-ci ildən var, o, Ailə Məcəlləsi, eləcə də səhiyyə sahəsindəki bir sıra digər qanunlara daxil edilib. Bu 20 il ərzində mən hər il, surroqat analıq proqramına aid kömək üçün müraciət edənlərin sayının daha da artdığını görürəm. Nəyə görə? Çünki, tibbi statistikaya əsasən, ölkəmizdə və dünyada sonsuz olan insanların sayı da artır”.

Surroqat analıq xidmətindən cütlüklərdən başqa, tənha kişi və qadınlar da istifadə edə bilərlər. Lakin, uşağın dünyaya gəlməsindən sonra yarana biləcək problemlər haqda da unutmaq olmaz, — Lyubov Yerofeyeva xəbərdarlıq edir:

“Evli cütlük uzun illər ərzində uşaq sahibi olmaq istəyirsə və onlarda heç nə alınmırsa, onlar əziyyət çəkir, bu onları bədbəxt edir. İnkanları olan sağlam surroqat analar varsa, niyə də bu vəziyyətdən faydalanmasınlar ki? Lakin cütlük və surroqat ana arasındakı əlaqələri dəqiq tənzimləmək lazımdır. Risk ondadır ki, yad embrionu daşıyan qadın uşaqdan imtina edərək, onu biolojı valideynlərə təhvil verməlidir. Lakin bəzi vicdansız qadınlar bədbəxt valideynləri manipulyasiya edərək, onları əlavə pul verməyə məcbur edirlər. Yəni qadın, özünə biolojı yad olan körpədən imtina etmir”.

Yeri gəlmişkən, məhz bu səbəbdən, bu işlə məşğul olan mərkəzlər surroqat ananın tək fiziki deyil, eləcə də mənəvi sağlamlığını yoxlayırlar. Hesab olunur ki, bu qadınlarda kömək etmək istəyi öz maliyyə vəziyyətini yaxşılaşdırmaq istəyindən artıq olmalıdır.

“Sputnik” (Rusiya)

Əsas mövzular