22:24 15 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0257
  • USD1.7000
  • EUR1.9635
The capital of Somalia Mogadishu
© Sputnik / Yuryi Abramochkin

Avropanın yeni dərdi: Somali

RADİO
Qısa URL
4501

Somali dövlətçiliyin işləmədiyi ölkələr sırasında üzün illər birinci olub, indi isə ikincidir

Avropa İttifaqı “Əl-Qaidə” təşkilatı ilə bağlı olan, Somalidəki “Əl-Şabab” islamçı terror qruplaşmasına qarşı xüsusi hərbi əməliyyat aparmaq üçün 165 milyon avro ayırmaq niyyətindədir. Aİ rəsmiləri əmindirlər ki, bu vəsait ölkəni terrorçulardan azad edərək regiondakı vəziyyəti sabitləşdirə bilər. 

Öz növbəsində, BMT Somalidə missiyalarını yerinə yetirən əməkdaşlarından narahatdır. Çünki onlar, ağır iş görməklə yanaşı, həm də təhlükəli şəraitdə qalmalı olurlar. Son 18 ay ərzində BMT-nin ofis və əməkdaşları, orta hesabla, hər 10 həftədən bir hücuma məruz qalıblar. BMT nümayəndələrinin sözlərinə görə, hazırda Somalidə vəziyyət çox çətindir. Federal hökümət geniş ərazidə siyasi federal sistem və onu möhkəmləndirən institutlar yaratmağa çalışır, lakin genişmiqyaslı ekstremizmlə üzləşir. Tarix elmləri doktoru Anatoli Savateyev hesab edir ki, oxşar mənzərənin bir çox Afrika ölkələrində baş verməsi vəziyyəti daha da çətinləşdirir:

“Etnik-dini münaqişələr afrikalıların yaradıcı fikirlərini pozaraq, müxtəlif din və etnik qruplara aid insanların qəlblərində düşmənçilik yaradır. Bu yaxınlarda, Ruanda soyqırımının 21-ci ildönümünü qeyd olunurdu, indi isə Burundidə sakitlik pozulub. Somali və Keniyada baş verən hadisələr islam ekstremizminin təhlükəsini göstərir. Afrikanın ən böyük ölkəsi olan Nigeriyada belə ekstremistlərlə, daha doğrusu, özlərini müsəlman adlandıran, lakin şəriət qanunlarına riayət etməyən insanlarla mübarizə məsələsi kəskin dayanıb”.

Eyni zamanda, Somalidə qida və ərzaq vəziyyəti pisləşir. Ekspertlər qeyd edirlər ki, aşağı taxıl məhsuldarlığı, otlaq sahələrdə yağıntı qıtlığı, eləcə də iflic ticarət səbəbindən, pis qidalanan və aclıq keçirən əhalinin sayı hər gün biraz da artır. Somalidə son dərəcə çətin vəziyyətdə olanlar isə məcburi köçkünlərdir. Onların hər beşincisi xroniki aclıq keçirir. Bundan əlavə, bu ilin dekabrınadək ərzaq vəziyyəti daha da pisləşə bilər. Bunun səbəbi isə yağış mövsümündəki sel və daşqınlardır. Afrikaşünas İrina Filatova qeyd edib ki, Somalidəki mövcud siyasi çətinliklər haqda da unutmaq olmaz:

“Bu haqda danışmaq çətindir, çünki ölkə statistikası çox etibarsızdır. Bu ölkə dağılmış dövlət hesab olunur, yəni dövlət işləmir. Somali, dövlətçiliyin işləmədiyi ölkələr sırasında üzün illər birinci olub, indi isə ikinci yerə keçib. Lakin, buna baxmayaraq, ölkə statistikası pisdir, hökümət isə heç nə edə bilmir. Deyə bilərik ki, dövlət strukturları işləməsə belə, ölkədə müəyyən iqtisadi canlanma yenə də var. Bu qeyri-rəsmi iqtisadiyyatdır. Mal-qara və miqrantların göndərdikləri pullar elə təəssürat yaradır ki, ölkənin iqtisadi vəziyyəti, ola biləcəyindən daha yaxşıdır”.

Siyasi vəziyyətdə də dəyişikliklər gözlənilir. 2016-ci ildə ölkədə ümumi seçkilər keçiriləcək. Yaxın gələcəkdə Somalidə müvəqqəti regional idarəetmə formalaşmalı, konstitusiya islahatları keçirilməli, eləcə də sərhəd və federal məsələlər üzrə Komissiya və Milli azad seçki Komissiyası yaradılmalıdır. İrina Filatova hesab edir ki, bundan başqa, hakimiyyət siyasi partiyalar, vətəndaşlıq və seçkilərlə bağlı bir sıra qanunlar hazırlamalıdır:

“Radikal islamçıların, xüsusən də, “Əl-Şabab” kimi təşkilatların fəaliyyəti azalır. Vətəndaş müharibəsi azalıb bə onun sonu ola bilər, piratçılıqla bağlı vəziyyət də yaxşılaşıb. Müəyyən iqtsadi aktivlik var. 

Somalidən olan miqrantlar çox əhəmiyyətli rol oynayırlar. Onlar geri pul göndərirlər və bu vəsaitlərə telekommunikasiya firmaları yaradılır. Maliyyə əməliyyatları ilə məşğul olan şirkətlər də yaradılıb. Somali miqrantlarının digər ölkələrdən göndərdikləri pullar iqtisadiyyata yatırılır, eləcə də ailələrə qaytarılır. Bundan əlavə, balıqçılıq və heyvandarlıq kimi ənənəvi sənayelər var. Qeyri-ənənəvi sahələrdən isə qeyd olunur ki, Somali özünü elektrik enerjisi ilə təmin edir. Buna inanmaq çətindir, lakin bu belədir. Eləcə də neft yatağı aşkarlanıb ki, bu da yaxşı hadisədir”.

Humanitar vəziyyət isə narahatedici olaraq qalır. Yayda, Birləşmiş Millətlər Təşkilatının nümayəndələri dünya dövlətlərini bu ölkəyə 863 milyon ABŞ dolları ayıraraq kömək etməyə çağırıblar.

“Sputnik” (Rusiya)

Əsas mövzular