22:46 13 Dekabr 2017
Canlı yayım
A number of breakthroughs could be expected at the G20 summit currently underway in Brisbane, Australia.
© Foto: Photo host agency/ Alexey Danichev

“G20” sammitində nələr müzakirə olunacaq?

RADİO
Qısa URL
2201

“Rossiya seqodnya” Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və Rusiyanın “Böyük iyirmilik” sammitində iştirakına həsr olunan videokörpü keçirilib

Noyabrın 11-i “Rossiya seqodnya” Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan və Rusiyanın Antaliyada keçiriləcək “Böyük iyirmilik” sammitində iştirakına həsr olunmuş Moskva – Bakı videokörpüsü baş tutub.

Xatırladaq ki, 15-16 noyabr tarixlərində Türkiyənin Antaliya şəhərində “Böyük iyirmiliy”in sammiti keçiriləcək. Azərbaycan və Sinqapur sammitə müvəqqəti sədrlik edəcək Türkiyə tərəfindən iştirakçı qismində dəvət olunublar.

Sammit ərzində enerji məsələlərindən başqa, bəzi ölkələrin liderləri ilə Suriya böhranı, terrorizm, qaçqın problemi və digər aktual məsələlərin müzakirə olunacağı gözlənilir.

Keçirilən videokörpüdə Rusiyadan “Qadın iyirmiliyi”nin nümayəndəsi Viktoriya Panova, Rusiya Strateji Araşdırmalar İnstitutunun xarici ölkələrin iqtisadiyyatı sektorunun müdiri Sergey Karatayev, Makroiqtisadi təhlil və qısamüddətli proqnozlaşdırılma Mərkəzinin dünya iqtisadiyyatının tədqiqatı qrupunun rəhbəri Aleksandr Apokin, Azərbaycan tərəfindən isə Dövlət İdarəçilik Akademiyasının davamlı inkişafın planlaşdırması və idarə olunması şöbəsinin müdiri Çingiz İsmayılov, eləcə də Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıxov iştirak ediblər.

Tədbirdə tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.

Çingiz İsmayılov sammitin gündəliyində dayanan məsələlərin vacibliyini vurğulayaraq, sammit haqda öz gözləntilərini bölüşüb:

“Düşünürəm ki, Azərbaycan üçün bu sammitdə iştirak etmək böyük bir şərəfdir və o, bu sammitə boşuna dəvət olunmayıb. Müzakirə olunacaq əsas problemlər sırasında enerji təhlükəsizliyi problemini qeyd etmək olar. Azərbaycan eləcə də qaçqınlar probleminin müzakirəsində aktiv iştirak edəcək. Bu problem Qafqaz regionuna da toxuna bilər. Ona görə düşünürəm ki, Azərbaycan bu məsələlərin müzakirəsində aktiv iştirak edərək onların həlli üçün öz tövhəsini verəcək”.

Politoloq Fikrət Sadıxov isə Azərbaycanın daim terrorizm və dini ekstremizmə qarşı olduğunu xatırladıb:

“Təbii ki, Azərbaycan terrorizm təhlükəsi, eləcə də dini ekstremizmə qarşı yönələn hər bir qərarı dəstəkləyəcək. Açıq danışaq, dünya İŞİD-in təsirinin genişlənməsindən narahatdır. Və indi bu qruplaşma öz imkanlarını, funksiyasını Yaxın Şərqdə artırırsa, demək bunun nə vaxtsa digər regionlarda da baş verməsi istisna olunmur. Azərbaycan buna biganə deyil”.

Azərbaycanın “G20” sammitində iştirakı Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir. Bunu Türkiyə Prezidenti Administrasiyasında da bildirmişdilər. Ekspertlər onu da qeyd ediblər ki, bu əhəmiyyətin səbəbi ölkələrimiz arasındakı qardaşlıqdan çox Azərbaycanın hazırda regionun ən inkişaf etmiş ölkələrindən biri olmasıdır.

Əsas mövzular