Kağız üzərində Suriya müxalifəti

© Sputnik / Mediabanka keçidCity of Atshan liberated by Syrian army with support of Russian aviation
City of Atshan liberated by Syrian army with support of Russian aviation - Sputnik Azərbaycan
Abunə olmaq
Suriyada qanuni hakimiyyətə qarşı mübarizə aparan çoxsaylı qruplar səpələniblər, onların ümumi xətt və proqramları yoxdur

Kağız üzərində Suriya müxalifəti
Rusiyanın Suriyadakı əməliyyatları çoxlarını Suriya müxalifətinin nə olduğu, qanadının altında hansı qüvvələrin birləşdiyi və kimlərin onu dəstəklədiyi haqda düşünməyə məcbur etdi. Ekspertlərin sorğusu göstərdi ki, Qərb bu suala aydın cavab verə bilmir. Lakin bu informasiya çatışmazlığı Avropa və Amerika siyasətçilərinə bu mövzuda bəyanatlar verməyə mane olmur.

Suriya İnformasiya naziri qeyd edib ki, özünü silahlı müxalifətin əsas birliyi kimi təqdim edən “Azad Suriya Ordusu” faktiki olaraq arxasında heç nə olmayan siyasi işarə adlandırmaq olar. Rusiya xarici işlər naziri Sergey Lavrov Vaşınqtondan bu qondarma “azad ordu” haqda məlumatları bölüşməyi xahiş edərkən heç bir məlumat ala bilməyib. Qara dəniz-Xəzər regionunda Siyasi və Sosial Araşdırmalar İnstitutunun direktoru Vladimir Zaxarovun fikrincə, Suriya müxalifəti ətrafında səslənən fikirlər reallığı əks etdirmir:

“O yalnız kağız üzərində və Vaşinqtonda oturan “ixtiraçıların” beyinlərində mövcuddur. Belə bir ordu yoxdur, “əleyhinə” çıxış edən bəzi insanlar var. Lakin əsasən bu İŞİD qoşunlarıdır. Biz amerikalılardan bu haqda danışmağı və harada yerləşdiyini göstərməyi xahiş edəndə, onlar özlərini çox yayğın aparmağa başladılar. Nəsə danışdılar, nəsə bildirdilər. Lakin bizim kəşviyyat təyyarələrimiz bütün bunları daha yaxşı etdilər. Suriyadakı zərbələr, böyük hərbi obyektlərin, əsas informasiya mərkəzlərinin məhvindən sonra amerikalılar peşimançılıq çəkdilər”.

Hərbi ekspert Boris Podopriqora isə hesab edir ki, Suriya ərazisində müxalifətin rolu sona qədər müəyyən olunmayıb:

“Onlar siyasi amil rolunu oynamır. Mən asanlıqla Paris və ya Livanda Əsəddən narazı olanların olduğunu təxmin edə bilərəm. Lakin onların siyasi qüvvə və ya fərdi şəxs olmasını demək çətindir. Güman etmək olar ki, bu, ümid edilən, lakin çox az təsir gücü olan şəxslərdir. Buna baxmayaraq, Qərb və Amerikaya vacibdir ki, İŞİD-ə qarşı sanksiya tətbiq etsələr də, Əsədin özünü dəstəkləmədiklərini göstərsinlər. Düşünürəm ki, buna görə də müxalifət mövzusu vaxtaşırı meydana çıxacaq. Mən əmin deyiləm ki, Qərb ekspertlərindən hansısa bu müxalifətin nə olduğu və Suriyada baş verən ciddi siyasi proseslərə qoşulmağa nə dərəcədə hazır olduğunu izah edə bilsin. Söhbət bir növ oyundan gedir. Bir tərəfdən Rusiyanın İŞİD-ə ağrılı təsiri reallığı, digər tərəfdən isə güc kimi təqdim edilə bilən məsələ var. Lakin onun real nəsə olması haqda heç bir sübutumuz yoxdur”.

Daha real görünən isə Rusiyanın mübarizə apardığı terrorçulardır. Vladimir Zaxarov hesab edir ki, əgər Rusiya təşkilatından asılı olmayaraq bütün terrorçularla mübarizə aparırsa, Qərb bu halda seçimlə fəaliyyət göstərir, daha doğrusu, terrorçulara seçimli kömək edir:

“Məsələ ondadır ki, İŞİD adlandırdığımız qruplaşma qarışıqdır. Amma bu, çox ciddi “uşaqlardır” və onların Qərbdən verilmiş müəyyən tapşırıqları var. Onlar indi Avropaya o qədər silahlı göndəriblər ki, Avropa hələ ağlayacaq, Avropa İttifaqının dağıldığını biz hələ görəcəyik”.

Lakin Qərbdə bu haqda düşünməməyə çalışırlar. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun şərqşünası Yuri Zininin fikrincə, Qərbdə ümumi rəqib olmadan qala bilmədikləri üçün, Qərb siyasətçiləri rəqib qismində Əsədi seçmək qərarına gəliblər:

“Məsələ ondadır ki, qanuni hakimiyyətə qarşı mübarizə aparan çoxsaylı qruplar səpələniblər, onların ümumi xətt və proqramları yoxdur. Bu qrupları birləşdirən yeganə məsələ — Suriya prezidentini devirmək və ya onu vəzifəsini tərk etməyə məcbur etmək arzusudur. Buna görə də, bu yeganə arqument Qərb tərəfindən dəstəklənir. O, müxtəlif qruplara kömək edir, lakin onların ölkədəki əsl rolu və təsirini bilmir. Qərbdə eləcə də ortaq rəqibsiz qalacaqlarından qorxurlar. Ona görə də onlar Suriya prezidentinin hakimiyyətdən getməsinə təkid edirlər. Mən onların şüarlarını bununla izah edirəm”.

Terrorizmin dünyada yaratdığı təhlükədən xəbərdar olan Moskva daim tərəfdaşlarını bu təhlükəni minimuma endirməyə və ümumiyyətlə yox etməyə çağırır.

«Sputnik» (Rusiya)

Xəbər lenti
0