06:05 18 İyun 2018
Canlı yayım
  • RUB0.0272
  • USD1.7000
  • EUR2.0067
ATƏT
twitter.com

ATƏT-in bu addımı təəssüf doğurur

RADİO
Qısa URL
2001

Fəzail Ağamalı: “Parlament seçkilərinin taleyini həll edən Azərbaycan xalqıdır, müşahidəçilər yox”

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyi qurumun Daimi Şurasının 22 oktyabr tarixində keçirilmiş 1072 saylı iclasında “ATƏT DTİHB-nin mandatının pozulması” haqqında bəyanat yayıb. Bəyanatda ATƏT Parlament Assambleyasının Azərbaycandakı seçkilərdə iştirakdan imtina etməsinin təəssüf doğurduğu bildirilir: “Əməkdaşlıqdan imtina edən Azərbaycan deyil. ATƏT PA seçkiləri müşahidədən imtina edən tərəfdir. Ona görə də yenidən əməkdaşlığa başlamaq barədə çağırış bizə deyil, assambleyanın əməkdaşlıqdan imtina edən nümayəndələrinə ünvanlanmalıdır. Biz dəvətimizindən imtina edən ATƏT PA, Avropa Parlamenti və digərləri olmadan da seçkiləri keçirəcəyik”, — deyə bəyanatda vurğulanır. 

Sənəddə deyilir ki: “Şura formal orqandır, lakin biz hələ də müəyyən məsələni qaldıra bilərik. Direktor Link tərəfindən qəbul edilən qərar ATƏT-in 1994-cü il sammitində qəbul edilmiş prosedurların pozulması deməkdir. ATƏT-ə üzv dövlətlər tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda, DTİHB məsləhətləşmələr aparmalı idi. Lakin  o, bunu etməyib və özbaşına qərar qəbul edib. Biz rəqəmləri, metodologiyanı, məhdudiyyətləri və digər məsələləri bir kənara qoyuruq. Biz mandatın pozulması ilə bağlı məsələ qaldırırıq.  Nəhayət, biz DTİHB-nin ATƏT-ə üzv dövlətlərin gözləntilərinə əməl etməli olduğuna inanırıq”. Bəyanatda o da diqqətə çatdırılır ki, Azərbaycan hazırkı inamsızlıq əsasında əməkdaşlığı davam etdirə bilməz. Bildirilir ki, Daimi Şura tərəfindən direktor Linkə seçkilərlə bağlı məsələlərlə məşğul olmaq səlahiyyəti verilib. Üzv dövlət tərəfindən öhdəliklərin yerinə yetirilmədiyi halda,  o, bu məsələni Şuraya ötürməli idi. Lakin Link bunu etməyib, bu isə mandatın pozulmasıdır.

 Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının fikrincə, 1 noyabr parlament seçkilərinin taleyi Azərbaycan xalqından asılıdır, hər hansı qurumun göndərəcəyi müşahidəçidən yox: 

“Bu günə qədər Azərbaycana qarşı həyata keçirilən çoxüzlü siyasət və Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı, baxmayaraq ki, ATƏT səviyyəsində bir neçə mühüm qərarlar qəbul edilib bunu yerinə yetirmək gücündə olmayan bir qurumun bu cür davranışı çox təssüf doğurur. Bu gün ikili standartlarla Azərbaycana qarşı mövqe sərgilənməsi, digər Avropa qurumlarının da ortaya qoyduğu münasibəti ATƏT Parlament Assambleyası da təkrar edirsə buradan belə bir nəticə çıxır ki, bütün bunlar vahid bir  mərkəzdən idarə olunur. Azərbaycanda parlament seçkilərinin taleyini həll edən Azərbaycan xalqıdır. Onların gəlməməsindən asılı olmayaraq bu seçkilər yüksək səviyyədə tam demokratik, şəffaf və azad  şəkildə  keçiriləcək. Azərbaycan xalqı bu seçkilərdə fəal şəkildə iştirak edəcək öz iradəsini ortaya qoyacaq.”

Fəzail Ağamalı münasibətlərin gələcək inkişafının hər iki tərəfdən asılı olduğunu deyir: “Azərbaycan hər zaman olduğu kimi bundan sonra da bütün beynəlxalq təşkilatlarla eyni zamnda ATƏT-ilə əməkdaşlığın qorunub saxlanmasında özündən asılı olan hər şeyi edəcəkdir. Lakin, əgər ATƏT bu cür davranışlar nemayiş etdirirsə təbii ki, bu gələcək münasibətlərin inkişafına mənfi təsir göstərə bilər”. 

 Xatırladaq ki, ATƏT-in Parlament Assambleyası Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etməyəcəyini bəyan edib. 

Əsas mövzular