Sizə Avropanı sevməyi öyrədərik...

© Sputnik / Eduard Erben / Mediabanka keçidParticipants of the action against xenophobia and hatred to refugees from the countries of the Middle East in Prague
Participants of the action against xenophobia and hatred to refugees from the countries of the Middle East in Prague - Sputnik Azərbaycan
Abunə olmaq
Çexiyada qaçqınlarla həbsxanadakılar kimi davranırlar

Sizə Avropanı sevməyi öyrədərik...
Yeni həyat üçün uzaq ölkələrə getdilər, lakin həbsxanaya düşdülər. Çexiyada qaçqın düşərgələri əsl həbsxanalara çevrilir. 

Hasar arxasında çadırlar vardı, indi isə onlara mühafizəçilər də əlavə olunub. Miqrantların müdafiəsi üçün (ya miqrantlardan müdafiə üçün?) nəzarətçilər göndərilib. Onların sayı hələki 70-dir, lakin bu yalnız başlanğıcdır.

Çexiya Daxili İşlər Nazirliyinin rəhbəri bildirib ki, onlar yalnız yaranan problemə reaksiya verirlər. Və demək lazımdır ki, onlar yetərində effektiv və səmərəli reaksiya verirlər. Çəxiyada heç kimin miqrantları gözləmədiyi haqda bəyanatlar çox idi. İndi isə onlara nə qədər çox gözləmədiklərinin əyani göstəriciləri əlavə olunub. 

Xorvatiya, Macarıstan, Slovakiya və nəhayət Çex Respublikasının köçkünlər üçün nəzərdə tutulan tam dolmuş düşərgələri təsvir etsək, heç yaxşı bir şəkil yaranmayacaq. Zibillik və çirkab içərisində nəhəng çadır şəhərcikləri. Orada sıxlıq və narazılıqla yüz və minlərlə insan toplanır. Bu yaşayış məntəqələrinin ətrafında isə polis və hasarlar var, hansılar ki, bəzən tikanlı məftillərlə olur.

Lakin indi bu mənzərə daha da canlanacaq. Əhvalsız köçkünlər arasında xüsusi formalı əzəmətli Çex nəzarətçiləri gəzəcək. Gözəl görünüşlə yanaşı, onlar bu düşərgələrə ciddi Avropa qaydalarını gətirəcəklər. Bundan sonra iğtişaşlar, polisə itaətsizlik haqda məlumatlar olmayacaq. İndi hər şey aydın olacaq. Çadırlarda yatmaqdırsa — müəyyən vaxtda və hər hansı bir artıq səs olmadan. 

Problem isə ondadır ki, onların öz Avropa standartlarına görə, qaçqınlar ümumiyyətlə cinayətkar deyil, zərər çəkmişdir. Onlara mühavizəçilər deyil, həkim və mülki könüllülər lazımdır. Hər şey təmiz, gözəl və avropa tərzdə səliqəli olsa daha yaxşı olar. Amma tolerant avropalıların iradələri zəifləməyə başlayıb. Can yanğısını bildirən çağırışlar azalır, şübhələr isə artır. Çexiya öz nəzarətçiləri ilə bunun ilk carçısıdır. Bundan sonra digər Avropa ölkələri də böyük qeyri-yerli əhali kütləsini kiçik yerlərdə necə yerləşdirmək olduğunu xatırlaya bilərlər.

Vladimir Solovyov,

“Rossiya seqodnya”

Xəbər lenti
0