Sosial yönümlü xərclərin həcmi cari ildəkindən yüksək olacaq

© Sputnik / Farid Babayevmanat
manat - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan höküməti sosial xərcləri Neft Fondundan transfer hesabına deyil, qeyri-neft sektorundan gələn gəlirlər hesabına təmin etməyə çalışacaq

Sosial yönümlü xərclərin həcmi cari ildəkindən yüksək olacaq
“Azərbaycanda sosial siyasət elə səviyyəyə qalxıb ki, digər ölkələrdə də öyrənilə bilər. Çünki həm bazar iqtisadiyyatı, həm də sosial məsələlər paralel şəkildə həll olunur”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev   Göyçay Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib. Prezident İlham Əliyev   2015-ci ilin iqtisadi cəhətdən ağır il olmasına baxmayaraq heç bir sosial proqramda yubanma olmadığını əksinə, hətta iqtisadiyyat üçün ağır olan 2015-ci ildə belə gözəl xəstəxanalar açıldığını vurğulayıb. 

İqtisadçı ekspert Pərviz Heydərov  Azərbaycanda cari il ərzində büdcədən sosial istiqamətdə həyata keçirilən xərclərdə  mənfi tendensiyaların müşahidə edilmədiyi qənaətindədir.

“Azərbaycanda cari il ərzində büdcədən sosial istiqamətdə həyata keçirilən xərclərdə heç bir mənfi tendensiyalar müşahidə edilmədi. Artıq ilin başa çatmasına çox az vaxt qalır. Reallıq bundan ibarətdir ki, bu il üçün 2015-ci ilin dövlət büdcəsinin real gəlirləri 19 milyarddan bir qədər artıq nəzərdə tutulsa da bu bir qədər az həyata keçirilə bilər. O cümlədən xərcləridə nəzərdə tutulduğu 21,1 mliyard manat deyil təxminən 17,8 manat milyard səviyyəsində icra olunacaq. Bu da əsaəsn ondan irəli gəlir ki, Neft Fondunan nəzərdə tutulan transfer 10 milyard 388 milyon həcmində deyil 8 milyard səviyyəsində həyata keçiriləcək. Xərclərin ilin sonunadək 17,8 manat milyard səviyyəsində icra olunacağını nəzərə alsaq, azalmanın 23 % həddində olacağını görə bilərik”.

Prezident İlham Əliyev deyib ki, infrastruktur sektoruna qoyulan vəsaitin büdcəyə qayıtma ehtimalı çox az hətta demək olar ki, sıfıra bərabər olduğu bir dönəmdə, biz ilk növbədə insanlar və ölkəmizin inkişafı üçün bunları edirik. “Əlbəttə, biz gələcəyə baxırıq. 2016-cı il də iqtisadiyyat üçün asan il olmayacaq. Biz bunu bilirik və bilməliyik. Ancaq mən gələn il də ölkəmizin uğurlu inkişafı üçün heç bir problem görmürəm. Bütün sosial proqramlar icra ediləcək, iqtisadi inkişaf təmin olunacaq. Azərbaycana xarici və daxili investisiyaların qoyuluşu təmin ediləcək. Ölkəmizdə təhlükəsizlik, sabitlik tam şəkildə qorunacaq”-, deyə prezident qeyd edib. 

İqtisadçı ekspert Pərviz Heydərovun fikrincə, Azərbaycan höküməti 2016-ci ildə sosial xərcləri dövlət Neft Fondundan transfer hesabına deyil, bilavasitə iqtisadiyyatın qeyri-neft sektorundan gələn gəlirlər hesabına təmin etməyə çalışacaq. 

“Növbəti ilin dövlət büdcəsinin həcminin azalmasına baxmayraq, cari ildəkinə nisbətən daha çox sosial yönümlü xarakter daşıyacaq. Bu da ondan irəli gəlir ki, sosial yönümlü xərclərin həcmi cari ildəkindən nisbətən yüksək olacaq. Amma perspektivdə Azərbaycan hökümətinin hədəfi ondan ibarətdir ki, sosial istiqamətdə dövlət büdcəsindən xərclər dövlət Neft Fondundan transfer hesabına deyil, bilavasitə iqtisadiyyatın qeyri-neft sektorundan daxilolmalar hesabına təmin edilsin. Real olaraq bu təssüf ki, belə deyil”.

Onu da nəzərə alaq ki, gələn ilki büdcədə investisiya xərcləri cari ildəkinə nisbətən azalsa da, sosial xərclərdə elə bir ciddi azalma nəzərə çarpmır. Ekspertlər bu baxımdan 2016-cı il dövlət büdcəsini cari ildəkindən çox sosial yönümlü hesab edir.

Xəbər lenti
0