08:38 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8701
Edvard Snouden
naked-science.ru

Ay səni Snouden!

RADİO
Qısa URL
5701

Mərkəzi Kəşviyyat İdarəsinin keçmiş vəzifəlisi Edvard Snoudenin ifşalarından iki ildən artıq vaxt keçir

ABŞ-da böyük bir qalmaqal yaşandı. İlk sənədlər 2013-cü il iyunun 6-da nəşr olunmuşdu. Onlarda ABŞ dövlət orqanları tərəfindən internet istifadəçilərinə casusluq edildiyi haqda məlumat vardı.

Məlum oldu ki, Milli Təhlükəsizlik Agentliyi və Federal İstintaq Bürosu artıq bir neçə ildir ki ABŞ-ın böyük rabitə şirkətlərinin istifadəçilərinin hər bir zəngi haqda məlumat toplayırlar. Söhbət tək yazışmalardan getmir – “Böyük qardaş” audio və video fayllar, şəkillər, çoxsaylı sənədlər və istifadəçilərin hansı saytlara daxil olmararı barədə məlumat toplayırdı. ABŞ Milli Təhlükəsizlik Agentliyinin və kiberkomandirliyin planları və müxtəlif dövlətlərə kiber hücumlar üçün mümkün hədəflər xəritəsi haqda sənədlər ayrıca dayanırdı. Politoloq Aleksand Konkovun fikrincə, faktiki olaraq, dünya çoxlarının ancaq təxmin edə bildiyinin sənədli sübutlarını gördü:

“Hesab edirəm ki, Snouden vəziyyəti xeyli dəyişdi. O, yalnız qlobal informasiya məkanında deyil, eləcə də dünya siyasətində partlayış etdi. Yeni informasiya texnologiyaları ilə istifadəçi məlumatlarının qeyri-qanuni toplanması şübhələri əvvəllər də olsa belə, Snoudendən qabaq belə məlumatlar təxribat kimi qəbul edilirdi. Snouden göstərdi ki, istifadəçilər haqda məlumatların toplanması həm mümkündür, həm bunu sübut edən faktlar var. Bu zaman, onların toplanan məlumatın miqdarı və saxlanması barədə fikirləri heç nəzərə də alınmır”.

Bu nəticə ilə Müasir ideologiyanın inkişafı Milli İnstitutunun direktor müavini İqor Şatrov da razıdır:

“Danışıqların dinlənməsi və ümumi təqib haqda məlumatların yayılmasından sonra biz nədən xəbər tutduq? Məlum oldu ki, bu mövcuddur. Bu fakt, təxribat nəzəriyyəsi mövzusunun həvəskar söhbətlərindən adi sosial sahəyə çevrildi. Hər kəs anlayır ki, bu var – tək vətəndaşlar deyil, siyasi liderlərin danışıqları da dinlənilir”.

Təxminən bir ay sonra, 2013-cü ilin iyul ayında “Qardian” Snoudenə istinadən xəbər yayır ki, ABŞ və Böyük Britaniyanın kəşfiyyat orqanları 2009-cu ildə Londonda keçirilən “Böyük İyirmiliyin” sammitində iştirak edən siyasətçi və vəzifəli şəxslərin kompüterlərinə davamlı nəzarət edərək, onların telefon danışıqlarını dinləyiblər.

“Təhlükəsizlik sənayesi” xəbər agentliyinin baş direktoru Aleksandr Vlasovun sözlərinə görə, dünya təqib və dinlətilər haqda sonsuz informasiya axınını görür:

“Əslində ifşa olunma prosesi daim gedir. Burada yalnız Almaniya və Fransa deyil, xəbər yayılmışdı ki, Amerika Birləşmiş Ştatları “Böyük İyirmiliyin” sammitini dinləyib, “Böyük Yeddiliyin” də sammitini dinləməyə çalışıblar. Bu fəaliyyət daim davam edir. Mən tezliklə yeni ifşaların olacağına əminəm. Bu, Milli Təhlükəsizlik Agentliyinin ABŞ-ın ən yaxın müttəfiqlərinə qarşı fəaliyyət haqda ifşa olacaq”.

Amerika mütəxəssislərinin məlumat toplamaq məqsədi ilə fəal işlədikləri 38 səfirlik və diplomatik nümayəndəliklərin siyahısını təqdim olunub. Siyahıda Fransa, İtaliya, Yunanıstan, Meksika, Cənubi Koreya, Türkiyə və Hindistanın səfirlikləri var. Müxtəlif media orqanlarında xarici işlər nazirlərinin qapalı yazışması, Milli Təhlükəsizlik Aqentliyi tərəfindən rabitə peykləri vasitəsilə informasiya oğurluğuna yönəlmiş xüsusi proqramlar, agentliyin Rusiya, Şərqi Avropa və Yaxın Şərqin trafikinə maraqları və internet istifadəçilərinin izlənməsi haqda məlumatlar yayılırdı. Snoudenin ifşaları dayanmırdı.

Artıq 2013-cü ilin iyunun 21-i ABŞ-ın Ədliyyə nazirliyi Mərkəzi Kəşviyyat İdarəsinin keçmiş vəzifəlisi Edvard Snoudeni hökümət mülkiyyətinin oğurlanması, milli təhlükəsizliklə bağlı informasiyanın qeyri-qanuni istifadəsi, eləcə də gizli kəşviyyat məlumatlarının kənar şəxslərə könüllü ötürülməsində ittiham etdi. İttihamların hər bəndinə görə 10 il, ümumillikdə isə onu 30 il həbs və ya ölüm hökmü gözləyir. Vaşınqtonun belə bir reaksiyası heç kimdə təəccüb yaratmır. Çünki Snoudenin ifşaları Amerikanın hər hansı bir yol ilə dünya kiberməkanına nəzarət etmək məqsədini hamıya göstərdi. Məqsəd isə sadədir — lider mövqeyini və beynəlxalq münasibətlərin qurulmasında daimi üstünlüyü saxlamaq. İqor Şatrov deyir:

“Bu ifşaların nəticəsində yarana bilən dəyişikliklər yalnız Amerika Birləşmiş Ştatlarının dominant qlobal lider kimi missiyasının təstiq xarakterinə aiddir. Əlbəttə ki, reaksiya baş verə bilər. Lakin bu tək vətəndaşlarda deyil, həm də elita və siyasi sinif nümayəndələrində yaranmalıdır. Bəs niyə bu reaksiya yoxdur? Telefon danışıqlarının izlənməsi varsa, demək ABŞ gizli xidmətlərində bu liderləri saxlamaq üçün informasiya var. Buna görə, biz onlardan heç bir etiraz gözləyə bilmirik”.

Bu fonda belə, amerikalılar məhz onların ölkələrinin kiber-casusluğun qurbanı olduğunu bəyan etməyə utanmırlar. Lakin bu əməliyyatın gizlədilməsinə amerikalılara yenə də Snouden mane oldu. Onun dəlilləri isə çox sadədir: “Biz hamını və hər şeyi qırırıq. Biz özümüzü digərlərindən fərqləndirməyi sevirik, amma əslində bir demək olar ki, bütün ölkələrə nəzarət edirik”.

“Sputnik” (Rusiya)

Əsas mövzular