00:10 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231

“Azadlıq 2015” seçkilərə necə hazırlaşır?

RADİO
Qısa URL
5111

Pənah Hüseyn və Mirmahmud Mirəlioğlunun açıqlamaları

“Azadlıq 2015” seçkilərə necə hazırlaşır?
Noyabr 1-də baş tutacaq parlament seçkiləri ilə bağlı qeydə alınacaq namizədlərin yekun sayının məlum olacağı tarix müəyyənləşib.  Seçki Məcəlləsinin tələblərinə əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış deputatlığa namizədlərin seçki dairələri üzrə siyahısı oktyabrın 12-dək dövrü nəşrlərdə dərc ediləcək. Bu dövrü nəşrlərə ictimai teleradio təşkilatları, redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olan və dövlət büdcəsindən maliyyələşdirilən dövrü nəşrlər daxildir. 

Seçki kampaniyasının başlanmasından bir həftəyə yaxın vaxt keçir. Hazırda bir sıra siyasi partiyalar seçkidə iştirakla bağlı qərar veriblər. Belə ki, onlar deputatlığa namizədlərinin siyahılarını açıqlayır, MSK-ya səlahiyyətli nümayəndələr təqdim edirlər.

Hadisələrin hansı istiqamətdə inkişaf edəcəyinin proqnozlaşdırılmasının çətin olduğu dövrdə yaşadığımızı iddia edən Xalq Partiyasının sədri Pənah Hüseyn seçkiyə blok şəkilində getdiklərini deyir:

“Bu seçkiyə “Azadlıq 2015” siyasi partiyalar bloku şəklində gedirik. Bundan əvvəl də bizim bu seçki ilə bağlı siyasi mövqelərimiz ifadə olunubdur. Hal-hazırda biz hesab edirik ki, islahat və dəyişikliklər üçün üç əsas mexanizm yaradılmalıdır. Bunlardan biri müxalifətin əhəmiyyətli şəkildə təmsil olunduğu parlament, ikincisi oliqarxlardan təmizlənmiş hökümət, üçüncüsü də bu proseslərin getməsi üçün ictimai təzyiqi mümkün eləyən siyasi müxalifətin və demokratik qüvvələrin birləşməsidir.  Bu baxımdan bu parlamentdən bizim gözləntimiz orada müxalifətin əhəmiyyətli şəkildə təmsil olunmasına nail olmaqdır”.

 Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu isə hələlik Azərbaycanda seçki situasiyasının hiss olunmadığını amma yaxın günlərdə proseslərin intensivləşəcəyini bildirdi: “7 partiya bir arada “Azadlıq 2015” seçki blokunu yaratmışıq. Bu seçki blokunda iştirak edən müttəfiqlərimiz ilə birlikdə dairələr üzrə namizədlərimizi müəyyənləşdiririk. Seçki Məcəlləsinə uyğun olaraq sənədlərimizi MSK-ya təqdim eləmişik. Qanuna müvafiq addımlar atılır və işlər gedir”. 

Qeyd edək ki, deputatlığa namizədlərin irəli sürülməsi prosesi avqustun 29-dan başlanıb. Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir. Seçkiqabağı təşviqatın aparılmasına isə oktyabrın 9-da başlanır, 31 oktyabr saat 08:00-da dayandırılır.

Teqlər:
Azadlıq 2015” siyasi partiyalar bloku, MSK, Mirmahmud Mirəlioğlu, Pənah Hüseyn

Əsas mövzular