03:01 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Euro banknotes
© Flickr / Images Money

Yenidən devalvasiya gözlənilirmi?

RADİO
Qısa URL
11301

Ekspertlər hesab edirlər ki, hər şey Mərkəzi Bankın valyuta ehtiyyatlarının həcmindən asılı olacaq

Neftin qiymətinin ucuzlaşması nəticəsində fevralın 21-də Mərkəzi Bank tərəfindən devalvasiya haqqında qərardan sonra ölkə iqtisadiyyatında bir sıra problemlər yarandı. Bank sistemində mənfi göstəricilər, ölkənin alıcılıq qabiliyyətində zəifləmə, işçi ixtisarları, digər tərəfdən isə qiymətlərdə artımlar müşahidə olundu. İndi əhalini narahat edən məsələlərdən biri oxşar devalvasiyanın yenidən baş vermə ehtimalıdır. Nəyə görə devalvasiya tədricən deyil, birdən birə baş verdi? Azərbaycanda yenidən devalvasiya baş verə bilərmi?  Bu və digər məsələləri araşdırmağa çalışdıq.

İqtisadçı ekspert Vüqar Bayramlı hesab edir ki, yaxın gələcəkdə Azərbaycanda yeni devalvasiyanın baş verəcəyi proqnozlaşdırılmır:

“Bazardakı mövcud vəziyyəti, xarici valyutların tələbini, eyni zamanda manat təklifini nəzərə alsaq, o cümlədən Mərkəzi Bankın valyuta ehtiyyatlarının həcmi və Mərkəzi Bankın rəsmi açıqlamalarına əsaslansaq, yaxın müddətdə manatın devalvasiyası proqnazlaşdırılmır. Amma orta və uzun müddətdə manatın məzənnəsinin müəyyənləşdirilməsi bir başa həm neftin dünya bazarındakı qiymətindən, həm də xarici ticarət tərəfdaşlarımızın milli valyutasının məzənnəsinin necə dəyişməsindən asılı olacaq”.

İqtisadçı ekpert Pərviz Heydərov isə devalvasiyanın baş vermə ehtimalını Mərkəzi Bankın valyuta ehtiyatlarından asılı olduğunu bildirib:

“Növbəti dəfə devalvasiyasının baş verib verməyəcəyi bir çox dərəcədə Mərkəzi Bankın valyuta ehtiyyatlarının həcmindən asılıdır. Yəni bu haqda konkret proqnoz vermək mümkün olmadığını deyərkən ilk növbədə bunu da nəzərə almaq lazımdır ki, yaxşı olar ki, Mərkəzi Bankın valyuta ehtiyyatlarının həcmi izlənilsin”.

Azərbaycanda baş verən devalvasiya milli valyutaların bir-birinin ardınca dəyərdən düşdüyü keçmiş sovet respublikalarında ən kəskin devalvasiya hesab olunurdu. Lakin sonra Qazaxıstanda da 35.5%-lik devalvasiya baş verdi. Maraqlıdır, idarə olunan üzən məzənnə hesab olunan manat niyə tədricən deyil, birdən birə bu dərəcədə endi. Pərviz Heydərovun fikrincə, Mərkəzi Bankın uçot dərəcəsi ilə kredit resurslarının qiymətləri arasındakı əlaqə normal olmadığından manatın dəyərinin yumşaq devalvasiya siyasətini həyata keçirmək mümkün deyil:

“Manatın üzən məzənnə mexanizmi vasitəsi ilə tənzimlənməsi çətinliklər yaradır. İnkişaf eləmiş ölkələrdə Mərkəzi Banklar tərəfidən baza faiz dərəcələri, yəni uçot dərəcəsi çox cüzi şəkildə belə dəyişdirilərkən dərhal ölkə üzrə həyata keçirilən mövcud pul kredit siyasətində ucuzlaşma, əksinə olduqda isə bahalaşma baş verir. Amma, bizdə Mərkəzi Bankın uçot dərəcəsinə edilən dəyişikliklər təssüf ki, pul kredit siyasətimiz də özünü göstərmir. Yani kreditlərin ucuzlaşmasında və ya bahalaşmasında öz təsirini açıq şəkildə büruzə vermir”.

Ölkənin iqtisadi dürümunun neftin qiymətindən asılılığını azaltmaq üçün ekspertlər qeyri-neft sektorunun inkişaf etdirilməli olduğunu bildirirlər. Bəs bir neft ölkəsi kimi Azərbaycanda qeyri-neft sektorunun inkişafı neft sektorundan asılı deyilmi?

Vüqar Bayramlının fikrincə, qeyri-neft sektoru neftin köməyi olmadan da inkişaf edə bilər:

“Azərbaycanda qeyri-neft sektorunun inkişafı maliyyələşmə baxımdan neft sektoruna bağlıdır. Çünki dövlət büdcəsindən ayırmalar qeyri neft sektoruna təsir göstərir. Amma neft sektoru heç də qeyri-neft sektorunun inkişafına səbəb olan yeganə mənbə deyil. Qeyri-neft sektorunun özündə yaranan dövrüyəsi də birbaşa bu sektorda inkişafı stimullaşdırıb. Qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi üçün təbii ki, elektronlaşma və eləcədə islahatların sürətləndirilməsinə ehtiyac var. Əsas xidmətlərin Asan Xidmətə verilməsi yolu ilə qeyri neft sektorunun inkişafını stimullaşdırmaq mümkündür”.

Əsas mövzular