06:24 21 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0562

ABŞ-ın hədəfi: İŞİD və Rusiya

RADİO
Qısa URL
43 0 0

SSRİ-nin dağılması ilə nəticələnən “soyuq müharibə”nin yeni dalğası

ABŞ-ın hədəfi: İŞİD və Rusiya
“ABŞ-ın Milli Təhlükəsizliyi üçün iki böyük təhlükə var: İŞİD və Rusiya”-, “RİA-Novosti” xəbər verir ki, bunu Pentaqon rəhbəri Eşton Karter Kaliforniyada Dəniz Piyadaları qarşısında çıxış edərkən deyib. O, həmçinin Ukranyaya hərbi müdaxiləni xatırladaraq qeyd edib ki, Rusiyanın son addımları digər ölkələrə konfrantansiyanı gücləndirir. 

Bu, ABŞ rəhbərliyinin Rusiya təhlükəsi ilə bağlı verdiyi birinci bəyanat deyil. Öz növbəsində NATO-da Avropada hərbi bazalarını artıraraq müdafiə xərclərini çoxaldıb. Moskva hesab edir ki, Rusiyanı təcavüzkar siyasətdə ittiham etmək adı altında Şimali Atlantika Alyansı öz fəallığını daha da artırmağı qarşıya məqsəd qoyub.

Prosesi təhlil edən Şərq-Qərb araşdırmalar mərkəzinin rəhbəri politoloq Ərəstun Oruclu Rusiyaya qarşı ilk növbədə iqtisadi sahərdə təzyiqlər və sankisiyaların davam edəcəyini bildirir. O, həmçinin ilin sonuna yaxud da gələn ilin əvvəlinə kimi Avropa Birliyi ölkələrinin Rusiya qazından qismən imtina eləməyə başlamasını da istisna eləmədiyini də qeyd edib: “Rusiyanın son mesajları göstərir ki, o heç bir halda heç bir iddialarından geri çəkilmək istəmir. İstər prezident Putinin Krıma səfəri, istər Rusiya baş nazirinin Yaponiya ilə mübahisəli ərazi olan Cənubi Kuril adalarına səfəri, istərsə də Rusiyanın növbəti ballastik raketi sınaqdan çıxarması bütün bunlar hamısı onu göstərir ki, qarşıdurma davam edir və heç kəs geri çəkilmək fikrində deyil. Belə olan halda mən düşünmürəm ki, ən azı yaxın zamanlarda qarşıdurma hərbi müstəviyə keçə bilər. Ona görə ki, bunun məsuliyyətini hər iki tərəf çox gözəl anlayır”.

Politoloq Fikrət Sadıxov deyir ki, ABŞ Ukranyanın Şərq əyalətləri və Krım yarımadası ilə bağlı Rusiyanın ekspansiya siyasətindən narahatdır, ona gorə belə bir bəyanatın səsləndirilməsi təbii görünür: “ABŞ müdafiə nazirinin belə bir bəyanatı Qərblə-Rusiya arasında uzun müddət davam edən geosiyasi qarşıdurmanın  nəticəsidir. Əgər fikir versək, Rusiyanın Müdafiə naziri də əsas təhlükə kimi İŞİD və ABŞ-ın dominantlıq etdiyi Qərbin siyasi dairələrini göstərir. Amma hər iki dövlət dərk edir ki, yaxın Şərqdə ölkələrə, millətlərə və aparıcı dövlətlərə qarşı döyüşən İŞİD-dir. Bu mənada birgə səylər lazımdır. Birgə səylər axtarmaq əvəzinə onlar bir-birini günahlandırırlar”.

Politoloq Fikrət Sadıxov hazırki situasiyanı SSRİ-nin dağılması ilə nəticələnən “soyuq müharibə” dövrünün ritorikası ilə müqayisə edir. Ərəstun Oruclu da Rusaya-Amerika qarşıdurmasının bundan sonrakı mərhələdə daha böyük fəsadlar verəcəyinə diqqəti yönəldir: “Hərbi ssenari bu mübarizədə sonuncu resursdu. Hələlik tərəflər bir-birlərinə yumruq silkələyir. Yumruq atmaq isə görünmür. Haradasa üçüncü dövlətlərin ərazisində müəyyən hərbi provakasiyaların mümkünlüyünü istisna etmirəm. Ola bilsin ki, bu hansısa üçüncü dövlətlər uğrunda mübarizədə özünü göstərsin. Tarixdə də belə şeylər olub. Vyetnam və Koreya  müharibəsini buna misal kimi göstərmək olar. Hər iki münaqişə ocağında tərəflər faktiki olaraq qarşı-qarşıya durmuşdular: yəni söhbət SSRİ və ABŞ, NATO-dan gedir”.

Ekspertlərin də şərhindən göründüyü kimi iki super gücün qarşıdurması və kəskin ritorukası hələ davam edəcəkdir. Amerika Müdafiə nazirinin ardınca Almaniya Kansleri Merkel də bəyan edib ki, Ukrayna problemi həll olunmayana qədər Avropa Birliyi Rusiyaya qarşı sanksilarını davam etdirəcəkdir. 

Rusiya beynəlxalq miqyasada ünvanına deyilən iradlarla razılaşmır və Ukrayna münaqişəsində tərəf olmadığını bildirir. 

Teqlər:
İŞİD və Rusiya, NATO

Əsas mövzular