14:36 18 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9550
Dərmanlar
© Flickr /

Qiymətlərin enməsi dərmanların keyfiyyətinə necə təsir edəcək?

RADİO
Qısa URL
4301

Ekspert Eyyub Hüseynov: “Gözləyirik ki, müəyyən müddət qiymətlər aşağı düşəndə bazarda sonsuz miqdarda keyfiyyətsiz dərman olsun”

Azərbaycanda dərman peraparatlarının qiymətinin ucuzlaşdığı bildirilir. Belə ki, Tarif Şurasının bu ilin  iyul 30-da keçirilmiş iclasında 256 dərman vasitəsi üzrə qiymətlər təsdiq edilib.

Şuranın  avqustun 25-də baş tutan növbəti iclasında isə daha 801 dərman vasitəsinin qiyməti müəyyənləşdirilib. Ümumilikdə,  elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46% dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24% dərman vasitəsinin qiyməti 3 dəfədən çox ucuzlaşdırılmış, bütövlükdə isə həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94%-i üzrə qiymətlər aşağı salınıb.

Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15%-nin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənmişdir. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaq.

Bu proses dərman bazarındakı rəqabətə və dərmanların keyfiyyətinə necə təsir edəcək? Bu məsələni araşdırmağa çalışdıq. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə məsələ müəyyən insiharçı qurumların əlinə keçə bilər:

“Gözləyirik ki, müəyyən müddət qiymətlər aşağı düşəndə bazarda sonsuz miqdarda keyfiyyətsiz dərman olsun. Çünkü dərmanların keyfiyyətinə nəzarət etmək çox mürəkkəb bir məsələdir. Mən Ümumdünya Gömrük Təşkilatının konfransında iştirak edərkən dərmanların keyfiyyətinə nəzarət etməyin çox mümkünsüz olduğunu görmüşəm.

Birinci mənfi gözləntimiz budur ki, qiymət normal olsun, lakin bazara küllü miqdarda keyfiyyətsiz dərman daxil olsun. İkinci pis gözləntimiz budur ki, dərmanın keyfiyyəti normal, qiymət aşağı olsun, lakin məsələ müəyyən insiharçı qurumların əlində birləşsin və bu işlə məşğul olan orta və kiçik biznes tamamilə sıradan çıxsın”.

Məsələnin apteklərə təsirinə gəldikdə isə, Eyyub Hüseynov bir çox apteklərin bağlanacağını iddia edir.

Bəs qiymətlərin enməsi dərmanların keyfiyyətinə təsir edəcəkmi? Ekspertin fikrincə, bazar tam liberallaşarsa qiymətlərin daha da aşağı düşmə ehtimalı ola bilər:

“Hökümət istəyirsə ki, qiymətlər aşağı düşsün və bazarda keyfiyyətli dərman olsun, bazarın prinsiplərinə riayət etməlidir. Bazarın prinsipi budur ki, bütün süni baryerlər aradan qaldırılsın, hər bir dərman biznesi ilə məşğul olan insanların ən yaxşı dərman istehsalçısına əlyetərliliyi üçün şərait yaradılsın. Yəni hər bir dərman biznesi ilə məşğul olan insanın böyük fabriklə əlaqələri üçün şəraiti olsun ki, bazarda bolluq olsun, ekspertiza gücləndirilsin. Bazarda bolluq qiyməti özü-özünə aşağı salacaq. Üstəlik, ciddi məsələlərdən biri həkimlərlə dərman distribütorlarının əlaqələrinin kəsilməsidir. Dərmanları təbliq etmək üçün həkimlərə verilən pul məsələsi yığışdırılmalıdır, eləcə də gömrükdə dərman biznesi ilə bağlı olan bütün süni baryerlər aradan qaldırılmalıdır. Bazar tam liberallaşsa vəziyyət tam yaxşı olar”.

Xatırladaq ki, bəzi dərman preparatlarının qiymətlərinın ucuzlaşması ilə bağlı Tarif Şurasının qərarı bu ilin sentyabrın 15-dən  qüvvəyə minəcək.

Teqlər:
dərman peraparatları, Tarif Şurası, Eyyub Hüseynov

Əsas mövzular