10:38 22 İyul 2018
Canlı yayım
  • RUB0.0267
  • USD1.7000
  • EUR1.9828
PKK terror
olympiada.files.wordpress.com

PKK-nın Azərbaycan ssenarisi

RADİO
Qısa URL
3701

PKK Bakı-Tiflis-Ərzurum boru xəttini ikinci dəfə partlatmaqla Azərbaycana da müharibə elan etmiş olur

Türkiyədə hökumətin PKK-ya qarşı əməliyyatlara başlamasından sonra kürd yaraqlıları ordu və nəqliyyat yollarına, boru kəmərlərinə qarşı terror aktları həyata keçirir. İyulun 27-də Doğubəyazid rayonunda PKK yaraqlıları İrandan Türkiyəyə qaz nəqlini həyata keçirən boru kəmərini partladıb. Avqustun 6-da  isə PKK yaraqlıları Sarıqamış rayonunda Bakı-Tiflis-Ərzurum təbii qaz xəttini partladıblar. Partlayışdan sonra bölgədə qaz təchizatı 3 günlük dayandırılıb. PKK terror təşkilatı növbəti dəfə avqustun 24-də Bakı-Tiflis-Qars-Ərzurum qaz kəmərini partladıb. Partlayışdan sonra ətraf bölgələrdə qaz nəqli dayandırılıb.

Politoloq Elxan Şahinoğlu PKK-nın məhz Azərbaycana məxsus kəmərləri artıq ikinci dəfə hədəfə almasınına diqqəti yönəldərək bunu müəyyən ssenarinin tərkib hissəsi kimi qiymətləndirir: 

“Niyə ikinci dəfə məhz  Bakı-Tiflis —Ərzurum boru xəttinə hücumlar olunur? Axı Türkiyədən keçən başqa boru xəttləri də var. İrandan, Şimali İraqdan gələn boru xəttləri var ki PKK onlara elə bir təhlükə yaratmır. Düşünürəm ki, bunun arxasında həm də Azərbaycana mesaj var. PKK Bakı-Tiflis-Ərzurum boru xəttini ikinci dəfə partlatmaqla Azərbaycana da müharibə elan etmiş olur. Çünki, bu Azərbaycan qazıdır Türkiyəyə axır və burdan bizim maliyyə gəlirlərimiz var. Digər bir tərəfdən ikinci bir məsələ kimi PKK faktiki Azərbaycan sərhədlərinə də yaxınlaşıb. Qars və İğdırda Naxçıvana yaxın ərazilərdə partlayışlar törədir, maşınları oğurlayır bu da artıq bizə də təhlükə yaradır. Boru xətlərinin partladılmasında o qüvvələr maraqlıdır ki, Azərbaycan və Mərkəzi Asiya neft və qazının Azərbaycan vəTürkiyə üzərindən Avropaya daşınmasında maraqlı deyillər. Həmin qüvvələr PKK-nın bu fəallığında da maraqlıdırlar. Mən bilmirəm bu qüvvələr nə dərəcədə PKK-ilə bağlıdırlar. PKK-ya bu istiqamətdə müəyyən tapşırıq, əmr və ya xahişlər edirlər. Amma, fakt ondan ibarətdir ki, ikinci dəfə eyni boru xəttinə edilən hücumda bir ssenari var. Kimlərsə Azərbaycan qazının Türkiyə və Avropa bazarına daşınmasını əngələmək istəyir. Belə getsə, Bakı-Tiflis-Ceyhana da müəyyən təhlükələr ola bilər. Bundan başqa indi biz TANAP boru xəttinin inşasına başlamalıyıq. Belə çıxır ki, biz bu boru xəttinin də təhlükəsizliyi haqqında ciddi düşünməliyik. Ola bilsin ki, PKK-ya əmr verənlər Azərbaycanı etibarsız ölkə kimi qələmə vermək istəyirlər. Düşünürəm ki, Türkiyə və Azərbaycan bu məsələlərdə məsləhətləşməlidir. Bu boru xətlərinin təhlükəsizliyini artırmaq lazımdır”. 

PKK-nın Azərbaycanın karbohidrogen ehtiyatlarını dünyaya çıxaran kəmərləri hədəfə alması iqtisadi diversiya kimi də qiymətləndirilə bilərmi? Elxan Şahinoğlu deyir ki, bu, həm iqtisadi, həm siyasi, həm də geosiyasi diversiyadır: “Azərbaycan Türkiyənin strateji müttəfiqidir. Türkiyə edilən hücumlar faktiki olaraq Azərbaycana edilən hücumlardır. Yəni PKK Türkiyənin düşmənidirsə, avtomatik Azərbaycanının da düşmənidir. Bunu PKK rəhbərləri də başa düşürlər ona görə məhz bizim boru xəttini hədəf götürüblər. İkinci dəfə eyni boru xəttinin partladılması hətta terorçu təşkilatın özü üçün də bir riskdir. Əgər bu riskə gedirsə, deməli kimdənsə sifariş alır. Sifariş alan qüvvələr kənardadırlar ki, bunun əvəzində PKK-ya ya pul ya da silah vədi veriblər”.

Qeyd edək ki, PKK uzun illər Türkiyədə terror fəaliyyətində olsa da, Azərbaycana məxsus BTC və Bakı-Tiflis-Qars-Ərzurum qaz kəmərinə, belə desək, toxunmayıb. Yalnız 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı BTC-yə müəmmalı hücum baş vermişdi. 

Teqlər:
Bakı-Tiflis -Ərzurum boru xətti, PKK terror təşkilatı, PKK və İŞİD, politoloq Elxan Şahinoğlu

Əsas mövzular