12:04 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035

Parlament seçkiləri kimə nə vəd edir?

RADİO
Qısa URL
7801

Hakim partiya hazırlıqlara başladı

Parlament seçkiləri kimə nə vəd edir?
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahı ölkənin qərb bölgəsi üzrə şəhər və rayon şöbələrinin qarşıdakı parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar Gəncədə zona müşavirəsi keçirib.

Müşavirədə iştirak edən Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov deyib ki, əvvəlki seçkilərdə olduğu kimi, hakim partiya növbəti seçkilərə də ciddi hazırlaşır. İlk növbədə seçkilərdə mütəşəkkillik nümayiş etdirmək üçün rayon və şəhər təşkilatlarında YAP Mərkəzi Seçki Qərargahının şöbələri yaradılaraq, partiyanın fəalları hazırlıq prosesinə cəlb edilib. Əli Əhmədov qarşıdakı parlament seçkilərində seçicilərlə işin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu, xüsusilə gənclər və qadınlarla aparılan işin böyük əhəmiyyət daşıdığını qeyd edib. YAP-ın icra katibi bildirib ki, partiyanın üzvləri bütün imkanlardan istifadə etməklə prinsipial mövqe nümayiş etdirməlidirlər. Xüsusilə təbliğat-təşviqat kampaniyasında verilən seçici tapşırıqlarına ciddi nəzarət etməli, seçkilərin azad, şəffaf və demokratik keçirilməsinə öz töhfələrini verməlidirlər.

Azərbaycanın digər siyasi partiyaları seçkiyə necə hazırlaşırlar? Ana Vətən Partiyasının sədəri, deputat Fəzail Ağamalı bildirir ki, onlar  seçki prosesində fəal iştirak etmək niyyətindədirlər.

“Hansı formada seçkiyə qatlacağımızın bütün konturları demək olar ki hazırdır. Partiyanın daxili məsələləri ilə bağlı bir nüans var ki, bu gün hələlik bunu mətbuata açıqlamaq istəmirəm. Bu məsələlər bir neçə günə dəqiqləşəndən sonra biz baxacayıq ki, neçə namizədlə hansı formada, nə şəkildə seçkilərə qatılırıq. Ümüdvaram ki, qarşıdan gələn parlament seçkiləri demokratik prinsiplərə söykənərək yüksək əhval-ruhiyyə ilə azad və şəffaf şəkildə keçiriləcəkdir. Azərbaycan xalqı bir daha iradəsini nümayiş etdirib növbəti 5 il üçün Milli Məclisi formalaşdıracaqdır və bu prosesdə Ana Vətən Partiyası fəal iştirak etmək niyyətindədir”.

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa isə seçkilərin Azərbaycan üçün daha hazırlıqlı, yüksək səviyyəli parlament formalaşdırması ilə yekunlaşacağına ümid etdiyini deyir.

“Bu seçkilərin normal, şəffaf, demokratik keçəcəyinə ümid eləyirik. Ümid eləyirik ki, partiyamız da bu seçkidə əvvəlkindən fərqli olaraq daha çox uğur qazana biləcək ən azı bir neçə namizədimizin parlament təmsilçiliyini əldə eliyə biləcəyik. İndiyə qədər 45 dairədən namizədimiz irəli sürülüb. Hardasa 100-ə yaxın dairədən də namizəd irəli sürməyi planlaşdırmışıq. Qısa bir müddətə bu məsələlər yəqin ki, yekunlaşacaq. Ümid eləyək ki, seçkilər Azərbaycan üçün daha hazırlıqlı yüksək səviyyəli bir parlament formalaşması ilə yekunlaşacaq”.

Bundan bir müddət öncə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev APA-ya müsahibəsində seçkilərdən sonra parlamentin tərkibinin nəzərə çarpan dərəcədə dəyişiləcəyi proqnozunu verib. Mətbuatda yayılan informasiyalara görə, YAP-da öz deputat yerlərində əhəmiyyətli dəyişiklik etmək niyyətindədir. Hakim partiyanın icra katibinin müavini Siyavuş Novruzov Modern.az-a açıqlamasında bu məlumatların yanlış olduğunu qeyd edib. 

Teqlər:
Parlament seçkiləri, Əli Əhmədov, Fazil Mustafa, Fəzail Ağamalı

Əsas mövzular