10:05 24 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0260
  • USD1.7000
  • EUR1.9496
Президент Турции Реджеп Тайип Эрдоган
© AP Photo / Lefteris Pitarakis

AKP-in əsas hədəfi təkbaşına hökümət formalaşdırmaqdır

RADİO
Qısa URL
4201

Politoloq İlqar Vəlizadənin fikrincə, axırıncı seçkilər onu göstərdi ki, Türkiyə daxili prosesə xarici qüvvələr ciddi təsir edir

Türkiyədə bu ilin iyunun 7-də keçirilmiş seçkidə 13 ildən bəri iqtidarda olan AKP təkbaşına hökumət qurmaq  üçün lazım olan 276 mandatı qazana bilməyib. Prezident Erdoğan yeni hökuməti qurması üçün AKP lideri Ahmet Davutoğluna səlahiyyət vermişdi. Davutoğlunun nə Cümhuriyyət Xalq Pariyası, nə də Milliyyətçi Hərəkat Partiyası ilə apardığı danışıqlar bir nəticə verdi. Beləliklə, koalisiya qurulmadı və Turkiyə yeni seçkilərə gedir. Politoloq İlqar Vəlizadə Türkiyədə davam edən siyasi böhranla bağlı “Sputnik”in suallarını cavablandırıb.

— AKP lideri Ahmet Davutoğlunun hökümət qurmaq üçün apardığı koalisiya danışıqlarının nəticəsiz başa çatması Türkiyədəki siyasi vəziyyətə necə təsir edəcək? 

— Türkiyədə daxili siyasi vəziyyət artıq bir neçə aydır ki, mürəkkəb olaraq qalır. Koalisya hökümətinin formalaşması ilə bağlı gedən proseslər onu göstərir ki, siyasi vəziyyət qeyri stabildir. Belə ki, aparıcı siyasi partiyalar ortaq məxrəcə gələ bilmirlər. Vəziyyət çox güman ki, erkən seçkilərə gətirib çıxaracaq. Erkən seçkilərdə isə AKP-in əsas hədəfi tək başına hökümət formalaşdırmaq üçün mütləq çoxluğu qazanmaqdan ibarətdir. Danışıqlara baxmayaraq AKP bu yolu seçib, erkən seçkilərə hazırlıq gedir.

— Bəzi təhlilçilərin fikrincə, belə vəziyyətdə Türkiyədə 1990-cı illərin zəif koalisiyaları zamanı yaranmış kövrək situasiya təkrar oluna bilər, siz necə düşünürsüz, doğurdanmı Türkiyədə 1990-cı illərin siyasi situasiyası təkrarlana bilər?

— Yox mən düşünmürəm ki, Türkiyə artıq geriyə dönəcək. Bu mümkün deyil, çünki Türkiyə siyasi sistemində kifayər qədər ciddi islahatlar aparılıb. Prezident inistutunda dəyişikliklər baş verib. Hətta deyərdim ki, 2006-2007-ci ildən konstitusiya islahatları müəyyən irəliləyiş əldə edib ki, bu da keçmişə qayıtmağa imkan vermir. Lakin zəif koalisiyalar dövrü bitsə də, yeni bir dövr, siyasi rəqiblərin bir-biri ilə dil tapması dövrüdə başlamayıb. Yəni burda söhbət yalnız kiminsə üstünlüyündən gedir.  Ya mütləq çoxluğu əldə edən hansısa partiya tək başına hökümət formalaşdırır, yaxud da, belə bir pat vəziyyət əmələ gəlir ki, bu isə yenidən seçkiləri  gündəmə gətirir. Bu vəziyyətdən çıxış üçün bütün partiyalar yeni bir sistem yaratmalıdırlar. Amma, yeni sistemin yaranmasında çox mühüm əngəllər var. Əgər yaxın müddət ərzində yeni formula icad olunmazsa onda Türkiyədə  hər üç aydan bir müəmmalı vəziyyət yaranacaq və erkən seçkilər istisna olunmayacaq.  Ona görə belə deyək, artıq keçmişə yol yoxdur, amma gələcək üçün də yol müəyyənləşdirilməyib.

— Koalisya cəhdləri ətrafında yaranmış böhran hazırda aparılan geniş miqyaslı atni-terror əməliyyatları ilə üst-üstə düşür. Siyasi böhranın davam etməsi Türkiyədə stabilliyə nə dərəcədə təsir edəcək?

— Bu axırıncı seçkilər onu göstərdi ki, Türkiyə daxili prosesə xarici qüvvələr ciddi olaraq təsir edir. Bu səfər isə onlar kürd faktorundan istifadə edirlər. Nə qədər ki, kürd amili Türkiyə daxili siyasətində  xarici qüvvələr üçün bir vasitə kimi istifadə olunacaq, bir o qədər daxili siyasi vəziyyəti sabitləşdirmək olmayacaq. Ona görə də bu əməliyyatlara başlanılıb. Onu da xatırlatmaq lazımdır ki, Türkiyə hakimiyyəti bir neçə il bundan öncə çözüm sürəci siyasətinə qədəm qoyub. Amma, bunu həyata keçirmək mümkün olmadı. Türkiyəni istəməyən qüvvələr bu amildən məharətlə istifadə eləyib daxili siyasi vəziyyəti qarışdırmaq istəyirlər. Aparılan əməliyyatalar onu göstərir ki, bu doğurdan da təkcə separatçı qurumlarla mübarizə deyil, həm də daxili siyasi proseslərin tənzimlənməsi xarakteri daşıyan əməliyyatdır. Əgər bu əməliyyat uğurlu olsa və istənilən nəticələri versə, onda Türkiyə daxili siyasətində destruktiv amil minimuma enəcək. Əgər uğurlu olmasa, onda ciddi problemlər ortaya çıxa bilər. Separatçı qüvvələri müdafiə eləyən dairələr var. O siyasi dairələrin biri də Xalqların Demokratiyası Partiyasıdır (HDP). Əməliyyatların keçirilməsi onların da siyasi bazasına ciddi zərbə vurur. Əgər onların siyasi bazası zəifləsə onda Türkiyə daxili vəziyyət stabilləşməyə doğru gedə bilər. Çünki, Türkiyə daxilində əsas destruktiv qüvvə kimi hazırda bu partiya çıxış edir.

Əsas mövzular