17:23 16 Oktyabr 2018
Canlı yayım
  • RUB0.0259
  • USD1.7000
  • EUR1.9673
Работа за компьютером
© Sputnik / Michail Fomichev

İnternet televiziyalarına maraq hansı səviyyədədir?

RADİO
Qısa URL
5401

Ekspertlərin fikrincə, bu, mövzudan və internetin sürətindən asılıdır

Azərbaycan IP- televiziya (IP-TV) bazarını tamamilə leqallaşdırdı. Bu barədə Trend-ə Azərbaycanın telekommunikasiya bazarındakı mənbə deyib.

Mənbə bildirib ki, bu xidməti qeyri-qanuni şəkildə təklif edən şirkətlərə qarşı hüquq-mühafizə orqanları və vergi müfəttişliyi səviyyəsində ciddi tədbirlər görülüb: “Görülən tədbirlər nəticəsində, məhz lisenziyalaşdırma sisteminin tətbiq edilməsindən sonra Azərbaycanda internet televiziyası bazarı tamamilə leqallaşdırıldı ki, bu da öz növbəsində sağlam rəqabət mühitinin formalaşmasına imkan yaratdı”.

Mənbə qeyd edib ki, hazırda IP-TV, demək olar ki, bütün internet xidməti tədarükçüləri (Azərbaycanda 40 internet-provayder fəaliyyət göstərir) tərəfindən təklif olunur: “Bazar iştirakçılarının əksəriyyəti Azərbaycanda provayder fəaliyyətinin lisenziyalaşdırılmamasından istifadə edərək kommersiya əsasında əhaliyə internet xidməti təklif etməyə başlamışdı. Bu səbəbdən lisenziyalaşdırma sisteminin tətbiq edilməsi ilə bu sahənin fəaliyyətini nizamlamaq lazım gəldi”.

Bəs Azərbaycanda internet istifadəçilərinin belə televiziyalara marağı hansı səviyyədədir? Bir vaxtlar Azərbaycanda ilk HD fotmatlı peşəkar itnerten televiziyası hesab edilən, hazırda fəaliyyəti dayandırılmış “Yurd” TV-nin baş redaktoru Səadət Məmmədova deyir ki, internet televiziyaya əhalinini geniş marağının olmaması birinci növbədə texniki amillərlə bağlıdır: 

“Ölkədə, fərq etməz şəhər və ya bölgə, internetin sürəti keyfiyyətli video materiala baxmağa imkan vermir. İnternetin sürəti kifayət qədər aşağıdır. Konkret olaraq bizim timsalımızda, yüksək keyfiyyətli videonun təbii ki, çəkisi də ağır olur və buna baxmağa imkan vermir. Birincisi bu səbəbdən internet televizya yetərincə tamaşaçı qazana bilmir. Digər tərəfdən də internet televiziya böyük yayım televizyalarının göstərmədiyi mövzuları göstərməlidir. Alternativ bir informasiya təqdim eləməlidir ki, tamaşaçı öz pulunu xərcləyib aldığı interneti sərf eləyib həmin video məhsula baxsın”.

İnternet televiziyalara maraq nə dərəcədədir? Media eksperti Ələsgər Məmmədli hesab edir ki, bir çox saytlar artıq canlı olmasa da, internet televiziyası nümunələri kimi video xidmət təqdim edirlər. Onların plüralizmə meyilli olması oxucu auditoriyasını genişləndirir: 

“Normal televiziyalara nisbətdə internetə meyl güclənib. Birincisi, sürətli internetə çıxış imkanları genişdir. Bununla parallel olaraq, görüntülü xəbərlərin internet xüsusən də, sosial şəbəkə üzərindən alınması artıb. Bu baxımdan Azərbaycanda internet televiziyasına meyl sabit yerüstü qurğularla yayımlanan klassik televiziyalara nisbətdə xeyli yüksəkdir”.

İnternet televiziyalarının təhlükəsizlik məsələsinə gildikdə isə Ələsgər Məmmədli bildirir ki, “az” domen siqmetində təhlükəsizliklə bağlı həmişə problemlər mövcuddur. Bu problemin başlıca mənbələrindən biri Azərnaycanda lisenziyasız proqramların çox geniş istifadəsidir. Statistikaya baxsaq, hardasa 7% lisenziyalı, qalan 93% lisenziyasız proqramlardan istifadə edir. İstənilən lisenziyasız proqramı olan kompüterin də təhlükəsizlik sistemi daim çökməyə hazır, kənar müdaxilələrə açıqdır.

İnternet istifadəçiləri televiziyada daha çox hansı proqramlara baxırlar, bunun üçün nəsə araşdırmalar aparılıbmı? Səadət Məmmədova daha çox sosial şəbəkələrdə yazılan rəyləri və tamaşaçı münasibətini əsas gətirərək mözuların maraq dairəsinə görə ardıcılığını belə qruplaşdırır:

“Ən az maraq göstərilən mövzu siyasi mövzulardır. Daha çox möhvumatı təbliğ etməyən elmli, savadlı dini verilişlərə tələbat var. Nə qədər paradoks təşkil etsədə açıq-saçıq videolara və açıq-saçıq başlıqlar adı altında qoyulan verilişlərə, süjetlərə baxım səviyyəsi həmişə yüksək olur. Bakının gecə həyatından bir neçə verilişlərimiz var idi ki, bu materialların çox yüksək baxış sayı olurdu. Bir də adətən insanların gündəlik həyatında rastlaşdıqları problemləri obyektiv şəkildə işiqlandıran sosial mövzulara baxış sayı yüksək olur”.

Ekspertlərin də rəylərindən göründüyü kimi internet televiziyaların cəmiyyəti maraqlandıran mövzulara toxunduqları təqdirdə müəyyən auditoriya toplaması mümkündür. Medianın bu yeni və sürətli formatından yararlanmaq isə təbii ki internetin sürətindən asılıdır. 


Əsas mövzular