19:51 27 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0067
  • RUB0.0231
Mətbuat mərkəzi
Qısa URL
31 0 0

Son günlər ölkədə müşahidə olunan anomal istilər təkcə zəhərli ilanları deyil, hörümçəklərlə əqrəbləri də hərəkətə keçirib. Onlardan necə qorunmaq haqda herpentoloq Anar Cəfərov danışacaq.

İstilər düşən kimi Azərbaycanda nəinki kəndlərdə, elə şəhərlərdə də ilanların sakinlərə hücumu aktivləşir. Son günlər ölkədə müşahidə olunan anomal istilər təkcə zəhərli ilanları deyil, hörümçəklərlə əqrəbləri də hərəkətə keçirib.

Azərbaycanda hər il 100-dən çox insan zəhərli gürzə sancmasından əziyyət çəkir. İlk hadisələr aprelin ikinci dekadasında qeydə alınır və oktyabrın son dekadasına qədər bu cür xəbərlər gəlməkdə davam edir. Mütəxəssislər qeyd edirlər ki, bunda əhalinin miqrasiyasının artmasının, tikintinin intensivləşməsinin və bu hadisələrin ilanların təbii yaşam mühitinə "müdaxiləsinin", eləcə də Abşeron yarımadası ərazisindəki serpentarinin bağlanmasının da rolu var. Gürzə sancmalarına gəlincə, belə hallara daha çox Abşeron yarımadasında və ona yaxın ərazilərdə rast gəlinir.

İlanların hücumunu necə təxmin etmək olar, onlar daha çox haralarda gizlənir, sancmadan necə qorunmalı, ilan vuran adama ilkin tibbi yardım necə göstərilməlidir - bu məsələlər haqda iyunun 29-u saat 16:00-da Sputnik Azərbaycan-ın multimedia mətbuat mərkəzində təşkil ounacaq mətbuat konfransında məşhur azərbaycanlı herpentoloq Anar Cəfərov danışacaq.  
Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Teqlər:
Sputnik Azərbaycan Beynəlxaq Mətbuat Mərkəzi, mətbuat konfransı, zəhər, hörümçək, əqrəb, ilan

Əsas mövzular