11:02 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
Mətbuat mərkəzi
Qısa URL
18 0 0

Aprelin 10-11-də bütün dünyada əhəmiyyətli tarixlər - Beynəlxalq Müqavimət Hərəkatı Günü və Nasist Həbs Düşərgəsi Məhbuslarının Beynəlxalq Qurtuluş Günü qeyd olunur.

Avropa ölkələrinin alman faşistlərindən azad edilməsinə azərbaycanlıların verdiyi töhfəni anlamaq və hiss etmək üçün adları həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tanınan Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov və başqalarının şücaətini yada salmaq kifayətdir. Ancaq bu və ya digər səbəbdən bir çox qəhrəmanın adı hələ də geniş ictimaiyyətə məlum deyil. Və günü bu gün, müharibənin başa çatmasından uzun illər keçəndən sonra belə, faşizm üzərində Qələbədə əməyi olan azərbaycanlıların tapılması, ictimaiyyətə tanıtdırılması ilə bağlı iş davam edir. Sputnik Azərbaycan bu ilin fevral ayından başlayaraq soydaşlarımızın Müqavimət hərəkatındakı iştirakına həsr olunmuş silsilə məqalələr dərc etməyə başlayıb.

Aprelin 9-u saat 12:00-da Sputnik Azərbaycanın Multimedia Mətbuat Mərkəzində keçiriləcək onlayn mətbuat konfransında tədqiqatçı, fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi İlham Abbasov azərbaycanlıların Müqavimət hərəkatındakı iştirakı salnaməsinin az bilinən və araşdırılmamış səhifələri haqqında danışacaq. O, son yeddi il ərzində azərbaycanlıların Müqavimət hərəkatındakı rolunu araşdırmaqla məşğul olub və hazırda azərbaycanlı partizanlarla bağlı monoqrafiyanı tamamlamaq üzrədir.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Əsas mövzular