CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nadir heyvan növlərinin mühafizəsi və ov mövsümünün qaydaları

© pixabay / PublicDomainPicturesОхотник, фото из архива
Охотник, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.03.2021
Abunə olmaq
İtməkdə olan heyvan növlərinin ovlanması qəti qadağandır. Lakin bir sıra hallarda ov reqlamenti və qaydalarını bilməmək bir çox heyvan növlərini məhvə məruz qoyur

BAKI, 30 mart — Sputnik. Son günlər sosial şəbəkələrdə və KİV-də ərəb turistlərin Acınohur çölündə qanunsuz ov etməsi və heyvanlarla qəddarcasına davranmasına dair xəbərlər yayılıb. Yaranmış vəziyyət ictimaiyyət tərəfindən nadir heyvan növlərinin mühafizəsinə diqqətin artmasına səbəb olub.

Ümumilikdə Azərbaycan ərazisində 18 min canlı aləm növlərinə rast gəlinir. Onların arasında xüsusi mühafizəyə ehtiyacı olanlar da var. Belə ki, "Qırmızı Kitab"a əsasən, Azərbaycan ərazisində itmiş və ya itmək təhlükəsi qarşısında olan heyvanlar arasında 14 məməli heyvan, 36 quş, 5 balıq, 13 suda-quruda yaşayan və 40 həşərat növü vardır.

İtməkdə olan heyvan növlərinin ovlanması qəti qadağandır. Lakin bir sıra hallarda ov reqlamenti və qaydalarını bilməmək bir çox heyvan növlərini məhvə məruz qoyur.

Azərbaycanda hansı nadir heyvan və quş növlərinin olması və onların mühafizəsinin necə təşkil olunması, habelə ov mövsümünün xüsusiyyətləri barədə aprelin 2-si saat 12.00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi tərəfindən təşkil olunacaq onlayn mətbuat konfransında Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sədri Zurab İsrafilov danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Xəbər lenti
0