14:54 18 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0222
  • EUR2.0331
Mətbuat mərkəzi
Qısa URL
8 0 0

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu "SputnikPro" maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir.

BAKI, 10 mart — Sputnik. Məqalə yazarkən mütəxəssisin fikirlərini hər zaman sözbəsöz çatdırmaq lazımdırmı? Jurnalist hansı xarici sözləri mütləq bilməlidir? Bəs səriştəli müəllif kimi öz nüfuzunu qoruyub saxlamaq üçün nə etməlidir? "SputnikPro" maarifləndirmə layihəsi çərçivəsində keçiriləcək növbəti vebinarda bu məsələlərə aydınlıq gətirilicək.

Sputnik Beynəlxalq İnformasiya Agentliyi və radiosu "SputnikPro" maarifləndirmə layihəsi üzrə onlayn sessiyalarını davam etdirir. Cümə günü, mart ayının 12-də, Bakı vaxtı ilə saat 14:00-da "Ən geniş yayılmış qrammatik və üslub səhvlərindən necə yayınmalı" mövzusuna həsr olunmuş növbəti vebinar baş tutacaq.

Vebinarın spikeri "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin dövlət layihələri bölməsinin şöbə müdiri Yelena İsaykina olacaq.

Yelena hələ orta məktəb illərindən yerli qəzetdə ştatdankənar müxbir kimi çalışıb. Əmək fəaliyyətinə 1989-cu ildə başlayıb. Etiraf edir ki, yüksək keyfiyyətli çap (letter quality), ofset metodu və komsomol yığıncaqlarından reportajlar yaxşı yadındadır.

2004-cü ildən "Rossiya seqodnya" media qrupunda (əvvəllər RİA Novosti) çalışır.

Belə hesab edir ki, peşəkar kimi ən güçlü cəhəti məqalələrə dəqiq və cəlbedici (çox oxunan) başlıqlar qoyması, oxucuları maraqlandıran məsələləri əvvəlcədən prqonozlaşdıra bilməsi, auditoriyanın tələb etdiyi materialların mövzularını və quruluşunu formalaşdıra bilməsidir.

Yelena vebinarın gedişatında jurnalistlərə səriştəli müəllif kimi öz nüfuzunu qoruyub saxlamağın, tipik səhvlərdən yayınmağın yollarından danışacaq. Eyni zamanda, məqalə yazarkən mütəxəssisin fikirlərini hər zaman sözbəsöz çatdırmaq lazım gəlib-gəlmədiyi, jurnalistin hansı əcnəbi sözlər olmadan ötüşə bilməyəcəyi barədə məlumat verəcək.

Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

"SputnikPro" – Sputnik beynəlxalq xəbər agentliyi və radiosunun jurnalistlər, universitetlərin müvafiq ixtisas üzrə təhsil alan tələbələri, mətbuat xidmətlərinin əməkdaşları və digər media mütəxəssisləri üçün xarici həmkarlarla təcrübə mübadiləsinə imkan verən, media kommunikasiyaları və peşəkar əlaqələrin inkişafına yönəlmiş layihəsidir.

Müxtəlif formatlarda fəaliyyət göstərən layihədə indiyə kimi 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun Azərbaycan, Belarus, Yunanıstan, Gürcüstan, Hindistan, Qırğızıstan, Türkiyə və Estoniyada üz-üzə formatda ustad dərsləri keçirilib.

Pandemiyanın başlaması ilə əlaqədar layihənin Moskva komandası bütün ölkələrdən olan iştirakçılara eyni vaxtda açıq olan "SputnikPro onlayn mövsümü"nə start verib. Vebinar rejimində mütəxəssislər ən aktual mövzuları seçməyə çalışaraq jurnalistlərlə müxtəlif məsələlərlə bağlı ünsiyyət qurur.

"SputnikPro" layihəsi ilə bağlı, spikerlərin vebinar və ustad dərslərində nə barədə danışdıqları haqda daha geniş məlumatı aşağıdakı linkə daxil olmaqla əldə etmək mümkündür:

https://www.facebook.com/SputnikProject/

Əsas mövzular