19:14 11 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0221
  • EUR2.0237
Mətbuat mərkəzi
Qısa URL
25 0 0

Mütəxəssislər iddia edirlər ki, həm Azərbaycanda, həm də başqa ölkələrdə həddi-büluğa çatmayanların nişanlanması halları mövcuddur ki, bu da haqlı olaraq cəmiyyətdə ciddi narahatlıq yaradır.

BAKI, 16 fevral — Sputnik. Son günlər cəmiyyətdə Gürcüstanda yaşayan azərbaycanlı ailənin öz azyaşlı qızını 15 yaşlı oğlanla nişanlaması xəbəri geniş rezonans doğurdu. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Gürcüstanın Poniçala kəndində (Soğanlıq, Tbilisi yaxınlığı) iki azyaşlının nişanlanması barədə yayılan xəbərlərlə bağlı bu ölkənin xalq müdafiəçisi Nino Lomcariyaya müraciət etdi.

Müraciətində S.Əliyeva məsələnin ciddiliyi nəzərə alınmaqla müvafiq dövlət orqanlarının dərhal göstərilən faktı araşdırmasını və həmin uşaqların hüququnun qorunması üzrə tədbir görülməsini xahiş etdi.

Mütəxəssislər iddia edirlər ki, həm Azərbaycanda, həm də başqa ölkələrdə həddi-büluğa çatmayanların nişanlanması halları mövcuddur ki, bu da haqlı olaraq cəmiyyətdə ciddi narahatlıq yaradır. 

Belə hallarla mübarizədə hansı addımların atıldığı və bu sahədə ictimai nəzarətin nə dərəcədə səmərəli olduğu haqda fevralın 19-u saat 12-də Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzində təşkil olunacaq mətbuat konfransında "Azərbaycan Uşaqlar Birliyi"nin sədri Kəmalə Ağazadə danışacaq.

Spikerə suallarınızı öncədən ivelizade@gmail.com elektron ünvanına göndərə bilərsiniz. Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.

Əlaqə:

Telefonlar: 404-13-84/85

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, BMM-in binası, 4-cü mərtəbə, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Əsas mövzular