16:28 05 Mart 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0228
  • EUR2.0327
Mətbuat mərkəzi
Qısa URL
21 0 0

Maarifləndirici Sputnik-Pro layihəsi çərçivəsndə növbəti vebinarda iştirakçılara oxucunu cəlb etmək üçün vurğu nöqtələrinin tapılması, mövzunu daha cəlbedici etmək qaydalarından danışılacaq

BAKI, 3 fevral — Sputnik. Sputnik Beynəlxalq informasiya agentliyi və radiosu SputnikPro maarifləndirici layihəsinin onlayn sessiyalarını bərpa edir. Cümə günü, fevralın 5-də, Bakı vaxtı ilə 14:00-da "Materialın oxunaqlı olması üçün nə etmək lazımdır?" mövzusunda vebinar təşkil olunacaq.

Vebinarın spikeri Oleq Dmitriyevdir. O, Sputnik-in köşə yazarı, "Rossiya Seqodnya" mediaqrupunun Sənədlərlə Təminat İdarəsinin məsləhətçisidir.

Oleq "Ali İqtisadiyyat Məktəbi" ETİ-nin kommunikasiya, media və dizayn fakültəsinin professoru, filologiya elmləri doktorudur.  2001-ci ildən 2007-dək Rusiya və MDB ölkələrinin regional telekanalları arasında videomübadilə sistemi - "Əyalət" layihəsinin rəhbəri və prodüseri olub. 2007-2013-cü illərdə "TV-Xəbərlər" (RT, "Rusiya-əl-Yəum", RT Espanol telekanalları) tədris proqramlarının rəhbəri olub. Xarici dil bilən və jurnalistikaya yeni başlayanlar üçün baza tədris kurslarının müəllifidir. O, RT telekanalının müxbir məntəqələrində məsləhətlər aparıb. Voice of Russia radiostansiyasının ingiliscə xəbərlər xidmətinin rəhbəri işləyib. 2014-cü ilin aprelindən dekabrınadək "Rossiya Seqodnya" mediaqrupunun Beynəlxalq İngiliscə Yayım Bölməsinin rəhbərinin vəzifəsini icra edib.

"Yeni başlayan jurnalistlər tez-tez oxşar səhvlər edirlər: onlar xəbərdə olan bütün faktlar haqda yazır, mövzunu "daraltmağa" çalışmırlar. Bu halda oxucu, əlbəttə ki, darıxmağa başlayacaq - həzm edə bilməyəcəyi qədər çox fakt onu yoracaq. Master-klass zamanı biz mövzunu daha parlaq etməyin, onu oxucu üçün daha cəlbedici formaya salmağın yollarını müzakirə edəcəyik", - spiker qeyd edib.

Onlayn sessiyada iştirak etmək istəyən KİV nümayəndələri bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: 

https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform

SputnikPro "onlayn mövsümü" 2020-ci il martın ortalarında açıb. Sessiyalarda koronavirus pandemiyası şəraitində iş xüsusiyyətləri, veb-analitika və müəlliflik hüququ müzakirə olunur, dar ixtisas məsələləri üzrə informasiyanın yoxlanılması, məlumat içində itib-batmamaq, "sarılığa" tutulmadan xəbər resurslarının trafikinin artırılması öyrədilir. İştirakçılar real vaxt rejimində bir-birlərinə çat vasitəsilə məlumatlar ötürə, fikir mübadiləsi apara bilərlər.

Unikal ustad dərslərindən ibarət "SputnikPro" Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak edib. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Teqlər:
oxucu, xəbər, SputnikPro təlim proqramı, jurnalist, media

Əsas mövzular