13:59 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
15 0 0

"Dünyanı dəyişmək üsulu: uğurlu sosial media layihələri niyə və necə yaradılır" mövzusunda vebinarda "Rossiya seqodnya" BİA-nın dövlət layihələri direksiyasının direktor müavini İrina Kedrovskaya uğurlu media layihələri yaratmağın sirlərini öyrədib

BAKI, 11 sentyabr — Sputnik. Sosial jurnalistikanın əsas məqsədi problemi göstərmək və onun haqqında danışmaqdır. Bu barədə SputnikPro təlim layihəsi çərçivəsində növbəti vebinarda bildirilib.

Sentyabrın 11-də "Dünyanı dəyişmək üsulu: uğurlu sosial media layihələri niyə və necə yaradılır" mövzusunda vebinar keçirilib. Vebinarın spikeri "Rossiya seqodnya" BİA-nın dövlət layihələri direksiyasının direktor müavini İrina Kedrovskaya olub.

Заместитель директора Дирекции государственных интернет-проектов МИА Россия сегодня Ирина Кедровская
© Sputnik / Murad Orujov
"Rossiya seqodnya" BİA-nın dövlət layihələri direksiyasının direktor müavini İrina Kedrovskaya

İrina Kedrovskaya - mediamenecer, internet-texnoloqdur. O, V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə "Nezavisimaya qazeta"da başlayıb, "İzvestiya" qəzetində, Rodionov Nəşriyyat Evində və RİA Novosti-də işləyib.

2008-ci ildən İrina müəllimlik fəaliyyəti göstərir, xeyriyyəçiliklə fəal məşğul olur. Agentliyin sosial layihələrini idarə edir. Onun "Məni tap, ana" övladlığa götürmə üzrə xeyriyyə layihəsi 2017-ci ildə ilin ən sosial məsuliyyətli KİV layihəsi kimi qəbul edilib.

İrina Kedrovskaya dövlət mükafatlarına da malikdir. Onun rəhbərliyi altında yaradılmış layihələr dəfələrlə Runet, İnnovasiyalar vaxtı, Jurnalistlər İttifaqının versiyasına görə ilin KİV-ləri və s. mükafatlara layiq görülüb.

Onlayn sessiya zamanı İrina Kedrovskaya müxtəlif ölkələrdən olan dinləyicilərlə rezonansa səbəb ola biləcək layihələr yaratmaq üçün reseptini bölüşüb.

Növbəti onlayn sessiyanın iştirakçılarına bildirilib ki, uğurlu sosial layihə öz ətrafındakı dünyanı dəyişmək yollarından biri ola bilər.

İrina Kedrovskaya qeyd edib ki, sosial jurnalistikanın əsas məqsədi problemi göstərmək və onun haqqında danışmaqdır.

Onun sözlərinə görə, mövzu sosial jurnalistikanın bütün sahələrini əhatə etməlidir. Bu, palliativ yardım, xeyriyyəçilik, valideynsiz uşaqlar, qəyyumluq, qocalar evi, nadir xəstəliklər də ola bilər. Bura məişət zorakılığını, sahibsiz heyvanlar problemini və s. əlavə etmək olar.

"Bununla yanaşı, əsas məsələ danışmaq, lakin qorxutmamaq, problemdən uzaq qaçmaq deyil, qəhrəmanın üzərinə getmək, ona kimin və necə kömək edə biləcəyini açıq şəkildə izah etməkdir", - spiker bildirib.

İrina öz fikrini rusiyalı həkimlərin və könüllülərin dəstəyi ilə təşkil edilmiş və həmvətənlərinin sağlamlığı və həyatı üçün fədakarcasına çalışan "nəfəs alın" layihəsinin timsalında izah edib.

Vebinar zamanı İrina öz fikirlərini fədakarlıqla vətəndaşların sağlamlığı və həyatı üçün çalışan Rusiya həkimlərinə və könüllülərinə dəstək xarakterli "Xahiş edirik, nəfəs alın!" onlayn aksiyanın nümunəsi əsasında izah edib.

Çəkiliş, arxiv şəkli
© AFP 2020 / JOSEP LAGO

"Biz hekayələrə yüklənmək üçün sadə və sürətli bir forma yaratdıq. Bu, çox vacibdir ki, ümumiyyətlə layihənin texnoloji tərəfi orada iştirak etmək istəyən insanlar üçün problem yaratmasın. Biz layihəmizlə bağlı sosial şəbəkələrdə və televiziya proqramlarında bəhs etmişdik, insanlardan öz hekayələrini bizə göndərməyi xahiş etdik. Hər həftə biz çoxsaylı hekayələr içərisindən öz qəhrəmanımızı seçərək ondan bəhs edirik. Çox çətin olmasına baxmayaraq, onların hər biri bu müharibənin qəhrəmanıdır. Əks halda bunu koronavirus pandemiyası adlandırmaq olmaz. Biz paralel olaraq, xəstəxanalarda fotoşəkil çəkir, göndərilmiş fotoşəkillərdən foto qalereyasını və mozaik portretləri yaradırdıq. "Xahiş edirik, nəfəs alın" aksiyası hələ də davam edir və biz hələ ona yekun vurmuruq", - deyə İrina Kedrovskaya bildirib.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Əlaqədar

Əlahəzrət reklam və ya brend kontenti necə yaratmalı
"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
Səhv etmək hüququ olmadan, canlı efirdə müsahibəni necə götürmək olar - Vebinar
"Sarı" xəbər həmişə olmur: Sözünü çatdırmağın ağıllı yolları
Mətni necə yazmaq və dizayn etmək olar ki, görənlər “oho” desinlər
Teqlər:
sosial, jurnalistika, SputnikPro təlim proqramı

Əsas mövzular