19:41 04 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
4110

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Nadir İsrafilov və İlqar Orucovun iştirakı ilə mətbuat konfransı olacaq. Onlar yeni şərtlər əsasında təhsil prosesinin necə keçəcəyi, bu şəraitdə təhsilin keyfiyyətinin aşağı düşüb-düşməyəcəyi barədə danışacaqlar

15 sentyabrda Azərbaycanda Bilik Günü qeyd olunur. Ancaq bu dəfə pandemiya ona öz düzəlişini edib. Heç də bütün şagird və tələbələr həmin gündən başlayaraq parta arxasında oturmayacaqlar. Bundan əlavə, "offline" təlim "online" fəaliyyətlə birləşdiriləcək.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, xüsusi tədris planı çərçivəsində Bakı, Sumqayıt və Abşeron rayonlarının ümumtəhsil müəssisələrində həftədə iki dəfə, respublikanın digər şəhər və rayonlarında isə həftədə üç dəfə dərslər əyani surətdə keçiriləcək.

Yeni şərtlər əsasında təhsil prosesinin necə keçəcəyi, bu şəraitdə təhsilin keyfiyyətinin aşağı düşüb-düşməyəcəyi barədə sentyabrın 15-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkil etdiyi mətbuat konfransında Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri Nadir İsrafilovİlqar Orucov danışacaqlar.

Spikerlərə suallar əvvəlcədən elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində yayımlanacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

Teqlər:
"Facebook", onlayn, ekspertlər, təhsil, Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzi

Əsas mövzular