10:45 28 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0224
  • EUR2.0554
Mətbuat mərkəzi
Qısa URL
2710

SputnikPro-nun yeni vebinarı xəbər saytlarının müxbirlərinə baxılma sayını artırmaq məqsədi ilə kontenti düzgün və maraqlı etməyi öyrədəcək

BAKI, 30 iyul — Sputnik. Videoda tamaşaçıya nə daha maraqlıdır – görüntü, yoxsa məzmun? Bu sualın cavabını SputnikPro maarifçi layihəsi çərçivəsində keçiriləcək növbəti verbinar verəcək.

“Xəbər saytları üçün viruslu videonu necə daha düzgün etməli” onlayn-sessiyasının spikerləri “Rossiya seqodnya” BİA-nın operativ video və qrafika şöbələrinin rəhbərləri Arseni Mindlin və Aleksey Drozdov olacaqlar.

Arseni Moskva Rabitə və İnformatika Universitetinin (Rəqəmsal televiziya kafedrası) məzunudur, “Rossiya seqodnya”da 2010-cu ildən işləyir.

Aleksey Xarici dillər institutunda təhsil alıb, lakin 2000-ci ildən qrafik dizaynla məşğul olmaq qərarına gəlib. “Rossiya seqodnya” BİA-da 2013-cü ildən işləyir.

Vebinarın gedişində spikerlər bir neçə suala cavab verməyə çalışacaqlar:

- Videoda nə vacibdir – görüntü, yoxsa mətn?

- Titrlər ayrıca məna kimi.

- Baxılma, yoxsa drayv? Necə xronometraja yerləşməli.

- Mənaları necə yaxınlaşdırmalı – tutrlərin və videonun dizaynı.

- Nə daha vacibdir – videonun dizaynı, yoxsa kontent.

- Nəql metodları – qrafik əlavə kömək edirmi?

“Xəbər saytları üçün viruslu videonu necə daha düzgün etməli” vebinarı cümə günü, iyulun 31-də, Bakı vaxtı ilə 14.00-da başlayacaq.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://anketolog.ru/s/345855/FLqfVEAx ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Əlaqədar

"Radioda ola biləcək ən canlı şey" – SputnikPro-nun növbəti vebinarı keçirildi
"Sarı" xəbər həmişə olmur: Sözünü çatdırmağın ağıllı yolları
Veb-texnologiyalar KİV-də necə işləyir?
Data jurnalistika: Yazınız dillər əzbəri olsun deyə...
Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib

Əsas mövzular