13:19 03 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
91010

SputnikPro-nun növbəti vebinarının spikeri mətnin dizaynının materialların daha çox oxunmasına və veb-saytın ziyarətçilərinin artmasına necə kömək etdiyindən danışacaq.

BAKI, 7 iyul — Sputnik. Oxucunun diqqətini xəbərlərə necə cəlb etmək və ya sayt ziyarətçilərinin sayını necə artırmaq olar? Bu barədə SputnikPro maarifləndirmə layihəsi çərçivəsində təşkil olunan növbəti vebinar zamanı bu sahənin mütəxəssisi ətraflı məlumat verəcək.

Onlayn-sessiyanın spikeri "Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri Yuliya Atanova olacaq.

Yuliya artıq 10 ildən çoxdur ki, internet layihələrinin yaradılması, işə salınması və inkişafı ilə məşğul olur. O, Britaniyanın ali dizayn məktəbini "Media dizaynı" ixtisası üzrə bitirib. "Rəqəmsal jurnalistika",  “Sreda” ("Çərşənbə") yeni dizayn festivalı,  Media&Design Conference 2019 və həftəsonu dizaynı kimi layihələrdə spiker qismində iştirak edib.

© Photo : Denis Lipa
"Rossiya seqodnya" BİA-nın dövlət media layihələrinin meneceri Yuliya Atanova

Vebinar zamanı Yuliya Atanova istifadəçilərin məqalələri maraqla oxuması və səmərəli nəticələr əldə etməsi üçün xəbəri necə “bəzəməyin” və materialların təqdimatına kifayət qədər necə savadlı yanaşmağın yollarını izah edəcək.

"Mətn dizaynı: nə, harada, niyə və nə üçün planlaşdırılmalıdır" mövzusunda vebinar 10 iyun tarixində Bakı vaxtı ilə saat 14:00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://docs.google.com/forms/d/e/1FAIpQLSeHLkaXWy9_CNethlScfykcMclfzRfjoMLjLg-dhRsl8Hxfrw/viewform ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak ediblər. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Əlaqədar

Məqalənin qəhrəmanını necə tapmalı? SputnikPro vebinarının spikeri bu suala cavab verib
Emosiyalar sosial şəbəkələr üçün ən vacib şeydir
"Titanik" kimi batmaq, yoxsa... Ən oxunaqlı sayta çevrilmənin yolları
Data jurnalistika: Yazınız dillər əzbəri olsun deyə...
Veb-texnologiyalar KİV-də necə işləyir?

Əsas mövzular