CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Əbədi mövzular" və öndə olmağın sirri: Data jurnalisti tədqiqatı necə aparmalıdır

© AFP 2023 / KENZO TRIBOUILLARDЖурналистка в офисе, фото из архива
Журналистка в офисе, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Növbəti vebinarın spikeri uğurlu reytinqləri və araşdırmaları necə aparmağı, nüfuzlu informasiya mənbələrini necə seçməyi, statistikanı və məlumatları harada axtarmağı öyrədəcək.

BAKI, 16 iyun — Sputnik. Ciddi xəbərləri, demək olar ki, müxtəlif növ statistika məlumatları və tədqiqat olmadan təsəvvür etmək mümkün deyil. SputnikPro maarifləndirici layihəsi çərçivəsində növbəti, sayca onuncu vebinar sitat gətirilən xəbəri əldə etmək üçün tədqiqatı necə aparmağa və statistikanı necə toplamağa həsr olunacaq.

Onlayn-sessiyanın spikeri İqtisadi Tədqiqatlar Mərkəzinin Maliyyə institutlarının təhlili idarəsinin rəisi Andrey Manko olacaq.

© Photo : Courtesy of Andrey Mankoİqtisadi Tədqiqatlar Mərkəzinin Maliyyə institutlarının təhlili idarəsinin rəisi Andrey Manko
Əbədi mövzular və öndə olmağın sirri: Data jurnalisti tədqiqatı necə aparmalıdır - Sputnik Azərbaycan
İqtisadi Tədqiqatlar Mərkəzinin Maliyyə institutlarının təhlili idarəsinin rəisi Andrey Manko

Andrey iqtisadçıdır, 2006-cı ildə Ali İqtisad Məktəbində magistraturanı bitirib. 2005-ci ildən konsaltinq, eləcə də iqtisadi təhlil sahəsində çalışıb. 2011-ci ildən RİA Novosti-nin İqtisadi Araşdırmalar Mərkəzində (RIA Rating) idarə rəisi kimi fəaliyyət göstərir. Bankların və digər şirkətlərin, regionların və ölkələrin təhlili ilə məşğul olur.

Пресс-конференция, посвященная климатическим изменениям и их влиянию на сельское хозяйство Азербайджана - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Çəkmək və yazmaq: sən meydanda tək multimedia müxbiri olanda

Vebinar zamanı spiker uğurlu reytinqləri və tədqiqatları necə aparmaq, oxucuları reytinqlərdə ən çox nəyin maraqlandırdığı, hansı mövzuların "əbədi" olduğu, informasiya mənbələrini necə seçmək və araşdırma nəticələrini necə düzgün təqdim etmək barədə danışacaq.

"Data jurnalistikası: Sitat olunan xəbəri əldə etmək üçün tədqiqatı necə aparmaq lazımdır" adlı vebinar cümə günü, iyunun 19-da, saat 14:00-da keçiriləcək.

Onlayn sessiyada iştirak etmək istəyən media işçiləri Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin elektron ünvanına (gulzar.mustafaeva@sputniknews.com) müraciət göndərə və ya https://anketolog.ru/s/345855/FLqfVEAx ünvanında qeydiyyatdan keçə bilərlər.

Unikal ustad dərslərindən ibarət SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərin təqdim etdiyi böyükmiqyaslı yeganə Rusiya layihəsidir.

Bu layihə artıq dünyanın 13 ölkəsində həyata keçirilib. 2018-ci ilin martından etibarən layihədə iki mindən çox jurnalist və mediamenecer, PR mütəxəssislər və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətdə təhsil alan tələbələr iştirak edib. Layihə ilə bağlı son yenilikləri "Facebook" səhifəsində izləyə bilərsiniz (https://www.facebook.com/SputnikProject/).

Xəbər lenti
0