CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sosial şəbəkə istifadəçilərində emosiya yaradacaq videoları necə hazırlamalı

© AFP 2023 / LINDSEY PARNABYСъемка, фото из архива
Съемка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ruptly saytının baş redaktoru SputnikPro-nun növbəti vebinarında jurnalistlərə auditoriyanı cəlb etmək üçün parlaq, yaddaqalan videoları necə hazırlamaq barədə məlumat verəcək.

BAKI, 19 may — Sputnik. Karantin rejimi yeni nələrinsə öyrənilməsindən və ya əvvəllər əldə edilən biliklərin dərinləşdirilməsindən imtina etmək üçün bəhanə deyil. Bu ideyanı rəhbər tutan SputnikPro təlim layihəsi hətta pandemiya şəraitində öz işini davam etdirir.

Jurnalist layihəsi çərçivəsində növbəti vebinar "Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunub.

Onlayn sessiyanın spikeri qismində Ruptly saytının rusdilli versiyasının baş redaktoru Mariya Dyakonova çıxış edəcək.

© Photo : Courtesy of Mariya DyakonovaMariya Dyakonova
Sosial şəbəkə istifadəçilərində emosiya yaradacaq videoları necə hazırlamalı - Sputnik Azərbaycan
Mariya Dyakonova

Mariya 2012-ci ildən jurnalistikadadır. Moskva Dövlət Linqvistika Universitetini bitirdikdən sonra "RT" telekanalının İNOTV şöbəsində "alman və ingilisdilli KİV" istiqamətinə cavabdeh olub. Həm də "Rusiyanın səsləri" alman redaksiyası üçün reportajlar hazırlayıb. 2014-da Almaniyaya köçüb. Berlin Azad Universitetinin Kinoşünaslıq və teatrşünaslıq fakültəsini bitirib.

RTVI telekanalında, eləcə də Stimme Russlands radiostansiyasının Berlin ofisində müxbir kimi çalışıb. 2015-da Ruptly komandasına qatılıb. Daha sonra nyuzorq, brodkast jurnalisti olub, Rusiyanın beynəlxalq Rupty sosial şəbəkəsində fəaliyyət göstərib. 2020-ci ildən videoagentliyin Moskva ofisində işləyir.

Online sessiya zamanı spiker Ruptly videoagentliyinin jurnalistlərinin parlaq, yaddaqalan videoları necə yaratdığını izah edəcək. Sosial şəbəkələr üçün vizual storitellingin müzakirəsinə xüsusi diqqət ayrılacaq.

Mariya Dyakonova deyir: "Sosial şəbəkələr üçün hazırlanmış siyasi və sosial hekayələrdən ibarət videolar tamaşaçıda emosiya yaratmalıdır. Bir var emosional cazibə, bir də var videoçarx yaymaq arzusu".

SputnikPro-nun "Sosial şəbəkələr və xəbər saytları üçün videoları asan və düzgün hazırlamağın və auditoriyanı qazanmağın yolları" mövzusuna həsr olunmuş yeddinci onlayn sessiyası mayın 22-də saat 14.00-da olacaq.

Onlayn sessiyada iştirak etmək istəyən jurnalistlər və fotoqraflar Sputnik Azərbaycan Beynəlxalq İnformasiya Agentliyinin mətbuat katibinin e-poçt ünvanı (gulzar.mustafaeva@sputniknews.com) və yaxud https://anketolog.ru/s/345855/FLqfVEAx linki vasitəsilə qeydiyyatdan keçmək üçün müraciət edə bilərlər.

SputnikPro Rusiyanın ən yaxşı mediamenecerlərinin və kütləvi informasiya vasitələrində böyük təcrübəsi olan aparıcı mütəxəssislərinin Rusiyada bu miqyasda yeganə olan unikal silsilə ustad dərsləri layihəsidir.

SputnikPro layihəsi artıq dünyanın 13 ölkəsində həyata keçirilir. 2018-ci ilin mart ayından indiyədək bu layihədə 2000-dən çox jurnalist və mediamenecer, PR-mütəxəssisləri və mətbuat xidmətlərinin əməkdaşları, blogerlər və bu istiqamətlərdə təhsil alan tələbələr iştirak ediblər.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0