CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Foto hüququ: materialları necə illüstrasiya etməli. 10 əsas problem

© AFP 2023 / SYLVAIN THOMASСъемка, фото из архива
Съемка, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
SputnikPro-nun növbəti vebinarında "Rossiya seqodnya" BİA-nın hüquqşünası müəllif hüquqları məsələsinə toxunub və "hansı fotoşəkilləri yaymaq olmaz" sualına cavab verib

BAKI, 15 may — Sputnik. Əgər siz ölkənin ictimai, mədəni və ya idman həyatında mühüm rol oynayan ictimai şəxsin şəklini çəkirsinizsə və bu kadrdan, ictimai məqsədlərlə, məsələn, mühüm tədbirə illüstrasiya kimi istifadə etmək niyyətindəsinizsə, onu həmin şəxslə razılaşdırmadan dərc edə bilərsiniz. 

Силуэты представителей СМИ, фото из архива - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Diqqət: SputnikPro-nun fotoqraflar üçün vebinarı olacaq
Lakin, əgər söhbət onun şəxsi həyatından gedirsə, siz mütləq fotonu dərc etmək üçün icazə almalısınız. Bu barədə SputnikPro-nun təhsil layihəsi çərçivəsində təşkil olunan vebinarda "Rossiya seqodnya" BİA-nın intellektual hüquqlar şöbəsinin rəisi Anna Çernitsına bildirib.

Mayın 15-də keçirilən "Foto hüququ: məhkəmələrə düşməmək üçün materialları necə illüstrasiya etməli. 10 əsas problem" adlı onlayn sessiyada ekspert KİV-in hansı şəkilləri dərc edə biləcəyi və hansıları dərc edə bilməyəcəyi barədə suallara cavab verməyə çalışıb.

Mümkün məhkəmə mübahisələrindən qaçmaq üçün mütəxəssis, internetdən alındığı təqdirdə fotoşəklin mənbələrini diqqətlə öyrənməyi məsləhət görüb.

"Vahid axtarış bazası yoxdur, fotoları şəkil üzrə axtarışa vermək lazımdır", - deyən Anna Çernitsına əlavə edib ki, fotoqraflar və fotoredaktorlar mütləq öz ölkələrinin qanunvericiliyinin müvafiq maddələrini bilməlidirlər.

Ekspert qeyd edib ki, bütün digər hallarda çəkiliş zamanı mütləq çəkdiklərinizin yayımına razılıq almaq lazımdır. Bu razılıq ya yazılı şəkildə olmalıdır, ya da videoya yazılmalıdır. Şəkil hər hansı idarənin mətbuat xidməti tərəfindən göndərildikdə isə onların şəkillərindən istifadə etmək üçün əvvəlcədən yazılı icazə almaq lazımdır.

Vebinarın gedişində mütəxəssis dinləyicilərin suallarını da cavablandırıb, bir neçə konkret halı nəzərdən keçirib.

"Foto hüququ: məhkəmələrə düşməmək üçün materialları necə illüstrasiya etməli. 10 əsas problem" SputnikPro jurnalistika layihəsi çərçivəsində keçirilən sayca altıncı onlayn vebinar olub.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir. 

Девушки в медицинских масках делают селфи на фоне фонтана на площади Кастелло в Милане - Sputnik Azərbaycan
FOTO
Həftənin fotosu: Hindular karantində, ikiqat göy qurşağı və ideal selfi
Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Çində, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlaması ilə, layihənin Moskva komandası eyni zamanda bütün ölkələrdən olan iştirakçılar üçün açıq olan "SputnikPro online mövsümü"nə start verib. Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

Xəbər lenti
0