17:21 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
2910

RİA Novosti-nin antifeyk podkastının aparıcıları SputnikPro layihəsi çərçivəsində növbəti onlayn vebinarda həmkarları ilə feyk məlumatların aşkarlanmasının reseptini bölüşüblər.

BAKI, 17 aprel — Sputnik. "Pəncərələri bağlayın, gecə ölkə ərazisi vertolyotlarla dezinfeksiya olunacaq...","Xalamın əmisi qızının əri xəstəxanada işləyir, o deyir ki, hakimiyyət xəstələrin dəqiq rəqəmlərini gizlədir...", "Əgər hər gün səhər sarımsaq yeyilsə, koronavirus heç də qorxulu deyil...". Yəqin ki, hər birimiz heç olmasa bir dəfə yuxarıda qeyd olunan şayiələrdən ən azı biri ilə rastlaşmışıq. SputnikPro təhsil layihəsi çərçivəsində keçirilən növbəti onlayn  vebinar bütün bu feyklərə və onları doğrulardan necə ayırmağa həsr edilib.

"İnfodemiya: feyki necə açmaq və bundan necə faydalanmaq" mövzusunda vebinar aprelin 17-də keçirilib və SputnikPro-un dördüncü onlayn görüşü olub. Vebinarın spikerləri RİA Novosti-nin “Ne veryu!” (İnanmıram) podkastının aparıcıları Natalya Şaşina və İqor Krivitski olub.

© Sputnik
İqor Krivitski

Onlar vebinarın gedişində feykin növləri, onların buraxılma mexanizmi, eləcə də məlumatın həqiqiliyinin tez bir zamanda yoxlanılması alqoritmlərini təhlil ediblər. Onlar misallar əsasında nəinki təkcə feyk məlumatları ifşa etməyi, həm də ondan necə yararlanmağı maksimum maraqlı və faydalı bir şəkildə auditoriyaya göstəriblər.

Beləliklə, feykin əsas əlamətləri hansılardır:

- Məlumat anonimdir və çox emosionaldır

- Burada yoxlanılacaq heç bir fakt yoxdur

- Saysız-hesabsız insanın həyatı və sağlamlığı üçün təhlükə və çoxsaylı qurbanların olduğu barədə məlumatlar yayılır

- Hakimiyyətin çaxnaşmaya yol verməmək üçün məlumatları gizlətməyə dair göstərişi var

- Real baş vermiş fəlakətin "həqiqi" miqyası haqqında cəmiyyət üçün əhəmiyyətli məlumatların gizlədildiyi ayrıca vurğulanır

- Mənbə olaraq, uzaq qohum, tanış və ya "hüquq-mühafizə orqanlarındakı öz adamı" göstərilir

- Məlumatın maksimum yayılmasına çağırış var.

İqor Krivitskinin sözlərinə görə, saxta xəbərlərdən tez-tez insanlar çox tənbəllik edində və bir neçə klik edərək məlumatları yenidən yoxlamağa ərinəndə istifadə edilir. 

“Bizim jurnalistlərin adi insanlar üçün əlçatmaz olan lüksü var. Biz ekspertlərlə işləyə bilərik. Əgər elmi informasiya adı altında gizlənən və ya adi bir adamın yoxlaması çətin olan hansısa məlumat varsa, və ya burada konkret ekspertə istinad edilirsə, həmin ekspertə zəng edin və ya ona yazın. Biz mütəxəssislə məsləhətləşə bilərik ki, o, bizə məlumatı ya təsdiq etsin, ya da təkzib”, - deyə media eksperti bildirib.

İqor Krivitskinin sözlərinə görə, feykləri yoxlamaq çətin deyil. Mətnlər Google-da, şəkillər, videolar axtarış sistemləri vasitəsilə yoxlanıla bilər.

"Tənqidi düşüncəni inkişaf etdirin və paranoidal meylləri yenidən yoxlayın!", - deyə aparıcı müxtəlif ölkələrdən vebinara qoşulan həmkarlarına məsləhət verib.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Pandemiyanın başlanmasından etibarən, Moskva komandası layihəni bütün ölkələrin iştirakçıları üçün açıq olan "SputnikPro online mövsümü"nə çevirib. 

Mütəxəssislər vebinarlar rejimində jurnalistlərlə müxtəlif mövzularda ünsiyyət qurur, bu zaman ən aktual mövzuları seçməyə çalışırlar.

SputnikPro layihəsinin nə olduğunu və spikerlərin digər ölkələrdəki master-klasslarda nə barədə danışdığını daha ətraflı öyrənmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://www.facebook.com/SputnikProject/.

 

Əsas mövzular