02:51 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
Mətbuat mərkəzi
Qısa URL
2701

Məşhur rusiyalı media eksperti xarici həmkarlarına koronavirus şəraitində idman haqqında necə yazmağı və trafik yaratmağı izah edib.

BAKI, 3 aprel — Sputnik. Pandemiya şəraitində idman resurslarının trafiki heç də çökməyib, əksinə daha da yüklənib, çünki koronavirusla bağlı əlavə mövzular yaranıb. Bunu Rusiyalı jurnalist, bloger, televiziya aparıcısı, idman şərhçisi, "Rossiya seqodnya" BİA-nın icraçı direktoru Vasili Konov SputnikPro təhsil layihəsinin online mövsümü çərçivəsində təşkil edilən vebinar zamanı bildirib.

Vebinar aprelin 3-də "Koronavirus şəraitində idman haqqında necə yazmaq və trafiki necə artırmaq" mövzusunda keçirilib və SputnikPro-un ikinci onlayn təcrübəsi olub.

Əgər əvvəllər SputnikPro modulları ölkələr üzrə yerli KİV nümayəndələri, radio və TV əməkdaşları, tələbələr və digər arzu edənlər üçün keçirilirdisə, onlayn sessiya sosial təcrid qaydalarını pozmadan müxtəlif ölkələrdən olan jurnalistləri birləşdirməyə imkan verib. Vebinarda iştirak etmək üçün Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova da daxil olmaqla, 9 ölkədən yüzlərlə jurnalist qeydiyyatdan keçib.

Rusiyalı jurnalist qeyd edib ki, hazırkı karantin şəraitində müxbirlərə müsahibədə şəxsən iştirak o qədər də vacib deyil. "Əgər videobağlantı qursaz, sizdə belə bir hiss olmayacaq ki, həmsöhbət haradasa uzaqdadır. O, sizin qarşınızda olacaq, siz onu görəcəksiniz. Hər kəsin belə bir ünsiyyətə hazır olmadığı aydın məsələdir, baxmayaraq ki, indi hamının vaxtı kifayət qədər çoxdur. Bütün məşqlər və yarışlar ləğv edilib, evdə 24 saat görməli heç bir iş yoxdur. Əgər sizin bir idmançı ilə etibarlı əlaqələriniz varsa, ona tamamilə sakit bir şəkildə çıxa və ünsiyyət variantları təklif edə bilərsiniz. Əgər siz öz respublikanızda idmançını sosial şəbəkənizdə canlı yayıma dəvət edə bilsəniz, bu da çox yaxşı olar", - deyə Vasili Konov tövsiyə edib.

O, həmçinin qeyd edib ki, demək olar, bütün idmançılar indi öz məşqlərinin canlı yayımlarını keçirirlər və qeydlərini aparırlar: "Müxtəlif idmançıların məşqlərini nəzərdən keçirmək maraqlı olardı ki, kim formasını necə qoruyur".

Belçika fubolçuları
© Powered by UEFA.com. ©AFP/Getty Images

Pandemiyanın sonunda idman KİV-lərini nəyin gözlədiyinə gəlincə, Vasili Konov qeyd edib ki, onların işləri artırılacaq və bu, yetərincə hiss olunur.

"İdman jurnalistikasını tamamilə dəhşətli 2021-ci il gözləyir - Tokioda Olimpiada, futbol üzrə Avropa çempionatı, digər yarışlar, bunun ardınca 2022-ci ildə Pekində Qış Olimpiadası keçiriləcək. Mən idman jurnalistlərinə indi güc yığmağı məsləhət görərdim, sonra nəfəs almağa imkanları olmayacaq", - deyən Konov əlavə edib ki, bundan sonra tamaşaçılarla keçiriləcək ilk idman yarışları anşlaqla keçəcək, çünki əhali belə tədbirlər üçün darıxacaq.

SputnikPro - Sputnik Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun jurnalistlər, mətbuat katibləri, PR mütəxəssisləri, ali məktəblərin bu ixtisaslar üzrə təhsil alan yuxarı kurs tələbələri, əcnəbi həmkarları ilə təcrübə mübadiləsi etməyə, öz biliklərini bölüşməyə hazır olan mediamenecerlərin və jurnalistlərin silsilə təqdimatları və master-klassları layihəsidir.

Müxtəlif formatlarda mövcud olduğu dövr ərzində bu layihədə 80-dən çox ölkənin nümayəndəsi iştirak edib. SputnikPro-nun əyani master-klassları Azərbaycanda, Ermənistanda, Belarusda, Yunanıstanda, Gürcüstanda, Hindistanda, Qırğızıstanda, Türkiyədə və Estoniyada keçirilib.

Əsas mövzular