CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirill Feferman Azərbaycan-İsrail münasibətlərinin nə yerdə olduğundan danışacaq

© Sputnik / Kristina Afanaseva / Mediabanka keçidВид на Иерусалим, фото из архива
Вид на Иерусалим, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İsrailli tarixçi Azərbaycan-İsrail humanitar dialoqunun hazırkı vəziyyəti və gələcəyi, Böyük Qələbənin 75 illiyinin qeyd olunması fonunda Holokostun xatirəsinin qorunmasının vacibliyi və bir çox digər məsələlərdən danışacaq

Azərbaycanla İsrailin humanitar sahədəki qarşılıqlı münasibətləri həmişə xüsusi dinamikası ilə fərqlənib.

Ekspertlərin, elm adamlarının və yaradıcı ziyalıların təmasları ikitərəfli münasibətlərin gündəliyinin vacib hissəsini təşkil edir.

Bu prosesin fəal iştirakçılarından biri də müharibə illərində Qafqazda özlərini tapan sovet yəhudilərinin taleyi ilə bağlı elmi nəşrlərin müəllifi olan Holokost Tarixi Mərkəzinin direktoru Kirill Fefermandır.

19 fevral saat 14:30-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində Azərbaycan-İsrail humanitar dialoqunun hazırkı vəziyyəti və gələcəyi, Böyük Qələbənin 75 illiyinin qeyd olunması fonunda Holokostun xatirəsinin qorunmasının vacibliyi və bir çox digər məsələlər barədə İsrail tarixçisi, antisemitizm üzrə mütəxəssis, Holokost Tarixi Mərkəzinin direktoru Kirill Feferman danışacaq.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84 / 85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M, 4-cü mərtəbə

Xəbər lenti
0