Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanın Davos Forumu-2020-də iştirakı: faydaları və gözləntilər

© AFP 2023 / FABRICE COFFRINIВид на Давос, фото из архива
Вид на Давос, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar Azərbaycan Prezidenti İlham Əliyevin Davos Forumundakı çıxışında əksini tapan fikirlərin həyata keçirilməsinin ölkə və regiona nə verəcəyini şərh edəcəklər

BAKI, 22 yanvar — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 3-cü ongünlüyündə 50 illik yubiliyi təntənəli qeyd olunan Davos Forumuna qatılıb. Diqqətəlayiq haldır ki, ölkə prezidenti bu beynəlxalq iqtisadi meydançanın işində artıq 14-cü dəfədir iştirak edir.

Davosdakı görüşlər və tədbirlər zamanı dövlət başçısı bir sıra diqqətçəkən açıqlamalar verdi ki, bir çox müşahidəçilərin fikrincə, bunlar nəinki Azərbaycanın iqtisadi siyasətində öz əksini tapacaq, həm də bölgədəki siyasi proseslərə təsir edəcək.

Azərbaycan Prezidentinin Davos Forumunun işində iştirakının nəticələrinin ölkəmizdə necə qiymətləndirildiyi barədə yanvarın 24-də saat 11:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında danışılacaq. İştirak edəcəklər:

- Elxan Şahinoğlu - "Atlas" Analitik Mərkəzinin rəhbəri,

- Yeganə Hacıyeva - Gənc Demokratlar İnstitutu İctimai Birliyinin rəhbəri,

- Zaur Məmmədov - Bakı politoloqlar klubunun rəhbəri.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

E-mail: i.velizade@rian.ru

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 M, 4-cü mərtəbə, Beynəlxalq Mətbuat Mərkəzi

Xəbər lenti
0