Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Azərbaycanın yeni parlamenti necə olmalıdır: ekspertlərin gözləntiləri

© Sputnik / Murad OrujovЗдание парламента Азербайджана
Здание парламента Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloqlar Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində növbəti parlament seçkilərinin Azərbaycandakı ictimai-siyasi dinamikaya necə təsir edəcəyindən danışacaqlar.

Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb və bu məsələ ilə əlaqədar iclasın çağırılmasını xahiş edib.

Milli Məclis - Sputnik Azərbaycan
CƏMİYYƏT
Milli Məclis müzakirə edəcəyi qanunların siyahısını açıqladı

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və "Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə" Qərar qəbul edib. Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Dekabrın 4-də Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb. Plenum Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

Qeyd edək ki, Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələrində parlamentin vaxtından əvvəl ləğvi qərarı coşğuyla qarşılanıb. Fikir liderləri, ictimaiyyət nümayəndələri qarşıdakı seçkiləri fəal müzakirə edirlər.

6 dekabr 14: 00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında politoloqlar - Arzu Nağıyev, Zaur Məmmədov və Nadir Şəfiyev bu seçkilərin Azərbaycandakı ictimai-siyasi dinamikaya necə təsir edəcəyindən danışacaqlar.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

Xəbər lenti
0