17:27 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Elmar Məmmədyarov

Sergey Lavrovun Bakı səfəri Rusiya-Azərbaycan münasibətlərinə nə vəd edir

© Sputnik / Murad Orujov
Mətbuat mərkəzi
Qısa URL
40 0 0

"Atlas" analitik araşdırmalar mərkəzinin ekspertləri iki ölkə arasında münasibətlərin fəallaşmasının regional siyasətdəki proseslərə və regional təhlükəsizliyə necə təsir edəcəyi barədə fikirlərini bölüşəcəklər

Son həftələrdə Azərbaycan-Rusiya münasibətlərində fəallaşma müşahidə edilir. Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Moskva, Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakı səfərləri də bunu təsdiqləyir.

Azərbaycan Prezidenti İlham Əliyevin ikitərəfli münasibətlərin hazırkı mərhələsinə verdiyi xarakteristikaya görə, tərəflər bir çox sahələrdə xeyli irəliləyib, qarşılıqlı siyasi əlaqələri gücləndirib və beynəlxalq təşkilatlarda bir-birlərinə fəal dəstək veriblər. Azərbaycan nümayəndə heyəti bütövlükdə Rusiyanın AŞPA-ya qaytarılmasının lehinə səs verib və bununla da həmrəyliyini nümayiş etdirib. Həmçinin, Azərbaycan tərəfi beynəlxalq qurumlarda onu narahat edən məsələlərlə bağlı həmişə Rusiya Federasiyasının dəstəyini hiss edir.

5 dekabr 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil olunacaq mətbuat konfransında "Atlas" analitik araşdırmalar mərkəzinin ekspertləri iki ölkə arasında münasibətlərin fəallaşmasının regional siyasətdəki proseslərə və regional təhlükəsizliyə necə təsir edəcəyi barədə fikirlərini bölüşəcəklər. İştirak edəcəklər:

- Elxan Şahinoğlu

- Turan Rzayev,

- Kənan Paşayev,

- Zeynal Əmrəliyev.

Əlaqə vasitələri:

Telefonlar: 404-13-84/85

Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək.

Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M, 4-cü mərtəbə.

Əsas mövzular