CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda kinematoqrafın gələcəyi: gənc rejissorlar nə deyirlər

© AZƏRTACСъемки фильма. Архивное фото
Съемки фильма. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislər Sputnik Azərbaycan Mətbuat Mərkəzində "Yaradıcı gənclərin yeni milli kinonun istehsalında iştiraka marağını necə stimullaşdırmaq olar?" sualına cavab verəcəklər

BAKI, 12 noyabr — Sputnik. Son illərdə Azərbaycanda milli kinonun inkişafına mühüm töhfə verən yeni rejissor və aktyor pleyadası yaranıb.

Bu yaxınlarda Bakıda eyni vaxtda bir neçə kino festivalı keçirilib. Bakı Qısa Filmlər Festivalı, DokuBaku festivalı artıq başa çatıb. Bu yaxınlarda Azərbaycanın Mədəniyyət Nazirliyi ən yaxşı senarilərin müsabiqəsini elan edib və nəticələr yaxın vaxtlarda açıqlanacaq. Bütün bu tədbirlər yaradıcı gənclərin yeni milli kino yaradıcılığında iştirakını stimullaşdırmağa imkan verir.

Режиссер Имам Гасанов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
İmam Həsənov: "Sənədli film institutunun bünövrəsini qoyuruq"

Yaxın vaxtlarda bizim kino sənətini nə gözləyir, bu sahədə hansı problemlər var və çıxış yolları nədir? Bütün bu və digər suallara 14 noyabr saat 12:00-da Sputnik Azərbaycan Mətbuat Mərkəzində keçiriləcək dəyirmi masada aydınlıq gətiriləcək. İştirak edəcəklər:

- rejissor Rövşən Ağayev

- X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev

- Kinorejissor, Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qalibi Pərviz Həsənov.

Əlaqə üçün

E-mail: i.velizade@rian.ru.

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə).

Xəbər lenti
0