Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Daşınmaz əmlak bazarına da payız gəlib

© Sputnik / Nina Zotina / Mediabanka keçidEvin maketi, arxiv şəkli
Evin maketi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarında yeni yaşayış binalarındakı evlərin və kirayə mənzillərin qiymətlərində hansı dinamikanın izlənəcəyi ilə bağlı mətbuat konfransı olacaq.

Hər il payız gələndə insanlar arasında ən çox maraq doğuran mövzulardan biri də cari ildə daşınmaz əmlak bazarında qiymətlərin necə olacağı olur. Çünki məhz payızda insanların daimi və müvəqqəti yaşayış yerinə olan tələbatı artır. Yay tətilindən qayıdan, ya da ali məktəblərə yenicə daxil olan tələbələri və onların valideynlərini kirayə evlərin qiymətləri xüsusilə maraqlandırmağa başlayır.

2019-cu ilin sentyabr, oktyabr və noyabr aylarında yeni yaşayış binalarındakı evlərin və kirayə mənzillərin qiymətlərində hansı dinamikanın izlənəcəyi ilə bağlı 12 sentyabr saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında danışacaqlar:

- Azərbaycan Rieltorlar Assosiasiyasının sədri Elnur Azadov,

- ARB ümumrespublika telekanalının "Əmlak vaxtı" layihəsinin rəhbəri Elnur Fərzəliyev.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

E-mail: i.velizade@rian.ru

Telefonlar: 404-13-84/85

Ünvan: Sputnik Azərbaycan Beynəlxalq Multimedia Mətbuat Mərkəzi, Mətbuat prospekti, 529-cu məhəllə, bina 23 M (4-cü mərtəbə-liftlə üzbəüz).

Xəbər lenti
0